DÜNYA4.8.2022 09:00

Koronavirusa yoluxma halları azalıb - ÜST

326

Ötən həftədə dünyada 6,5 milyondan çox insan koronavirusa yoluxub, 14 mindən çox insan ölüb. Əvvəlki 7 günlə müqayisədə yoluxmaların sayı 9 faiz, ölüm halları isə 3 faiz azalıb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Qeyd olunub ki, 25-31 iyul tarixləri arasında yoluxma sayı bir əvvəlki həftəyə nisbətən 9% azaldı.

Eyni zamanda 3 faiz az ölüm halları qeydə alınıb. Yeddi gün ərzində 6 565 679 infeksiyaya yoluxub və 14 179 nəfər ölüb.

Avqustun 3-nə olan məlumata görə, ÜST pandemiyanın başlanmasından bəri 557 018 226 koronavirusa yoluxma hadisəsi və 6 401 046 nəfərin ölümü barədə məlumat alıb.

YUXARI