MƏDƏNİYYƏT27.11.2024 14:57

Kəlağayı müsabiqəsinin Təşkilat Komitəsi təşəkkür məktubu ünvanladı

20672

“Azərbaycan Qadınının gözəllik rəmzi-Kəlağayı” müsabiqəsinin Təşkilat Komitəsi və münsiflər heyətinin üzvlərinin Azərbaycan Respublikası Birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı təşəkkür məktubu.

Hörmətli Mehriban xanım,

Sizin müasir Azərbaycanın dövlət idarəçiliyində və inkişafında göstərdiyiniz  yüksək xidmətləri,  ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyiniz humanist və xeyirxah fəaliyyətinizi yüksək qiymətləndirir və  heyranlıqla  təqdir edirik.

2014-cü ildə Sizin səyləriniz nəticəsində kəlağayı sənətinin  Azərbaycan xalqının milli- mənəvi dəyərlərinin qorunması istiqamətində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrindən biri olduğu beynəlxalq səviyyədə təsdiq edilib. Məlumat üçün nəzərinizə çatdırmaq istəyirik ki, cari ildə Azərbaycan kəlağayı sənətinin “Qadın ipək baş örtüyü olaraq kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və dünyaya təqdim olunmasının 10 illik yubileyi münasibətilə dünya Azərbaycanlı qadınları arasında “Azərbaycan qadınının gözəllik rəmzi - Kəlağayı” müsabiqəsi keçirdik. Müsabiqəyə Azərbaycandan əlavə dünyanın müxtəlif ölkələrindən (Türkiyə, Rusiya, Fransa, Səudiyyə Ərəbistanı, Misir, Rumıniya, İordaniya, Kanada və s.) 600 obrazla 250 xanım iştirak etdi. Sevindirici haldır ki, müsabiqəyə əcnəbi xanımlar da maraq göstərdilər və Kəlağayı ilə obrazlar təqdim etdilər.  

Nəzərinizə çatdırırıq ki, 04.08.2024 il tarixində Bakıda müsabiqənin təqdimatı ,qaliblərin və iştirakçıların mükafatlandırılması ilə əlaqədar tədbir keçirdik. Tədbirə dünyanın müxtəlif ölkələrindən müsabiqədə iştirak edən xanımlar qatıldılar. Biz bu tədbirləri silsilə olaraq davam edirik.Tatarıstanda ,Kazan şəhərində təqdimat tədbir keçirildi. Moskva,Sankt-Peterburq,Krım,Simferopol ş.Yaroslavl ,Kemerova və digər şəhərlərdə də tədbirlərin keçirilməsi nəzərdə tutulub.   

Ölkə hüdudlarından kənarda milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi və ən əsası, Ana dilimizi qoruyub saxlamaq,  yaşatmaq, təbliğ etmək, xaricdə böyüyən nəslə ötürmək üçün bu istiqamətdə bir çox layihələr həyata keçirmişik və Sizin fəaliyyətinizi nümunə götürərək bu məzmunda işlərimizi davam etdiririk. Dünyanın hansı ölkəsində yaşasaq da, Cənab Prezidentimizin siyasətini həmişə dəstəkləyir, Dövlətimizin maraqlarına xidmət edirik.  

Çox hörmətli Mehriban xanım, Siz müasir Azərbaycan qadınının ən gözəli və beynəlxalq müstəvidə uğurlu qadın  təcəssümüsünüz.  Biz Sizə inanırıq və həmişə Sizi dəstəkləyirik!  

Dərin hörmətlə,  

Layihənin rəhbəri, Qəmbərova Xatirə Arif qızı Rusiyada “Dünya Azərbaycan Qadınları” İctimai Birliyinin rəhbəri  
Münsiflər heyyətinin sədri Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi.  
-Təşkilati dəstək- Zenfira Ağayeva Sahibkar Qadınlar İctimai Birliyinin sədri  
Münsiflər heyyətinin fəxri üzvü: -Zəhra Bilal qızı Muradova- pedaqogika elmləri doktoru  
-Abbasova Ülviyyə Məmməd Tağı qızı-Rusiyada DAQİB-nin və Sankt-Peterburqda “Çinar” MMM-nin sədr müavini  
-Səfərova Günel- iqtisad üzrə fəlsəfə doktoru. ALİM elmi assosiasiyasının rəhbəri.Fransa  
-Billurə Bayramova Bernad-Nigeriyada Azərbaycanın Dostları Təşkilatının təsisçi və Prezidenti  
Güllü Eldar Tomarlı —  "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri  
-Nəsibə İsrafilqızı- Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini  
-Isayeva Şəhla Rahib qizi-Pakistan Rumunya dost cəmiyyətin prezidenti  
-İlhamə  Qəsəbova.-Filologiya üzrə fəlsəfə doktoru,dosent,Prezident təqaütçüsü. 

YUXARI