ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabrın 5-də ölkədə keçiriləcək prezident seçkiləri üçün erkən səs verib.
Axar.az xəbər verir ki, bu barədə vitse-prezident Miçiqan ştatında jurnalistlərə deyib.
"Mən indicə poçtla göndərilən seçki bülletenimi doldurdum. Bülletenim artıq Kaliforniyaya gedir. Mən sistemə inanıram ki, bülleten oraya çatdırılacaq", - siyasətçi əlavə edib.