DÜNYA27.10.2021 16:45

İranı iflic edən gecə hücumu: 80%-i bərpa edildi

39

İran miqyaslı kiberhücumdan sonra iflic olan yanacaqdoldurma məntəqələrinin 80%-nin fəaliyyətini bərpa edib.

Axar.az xəbər verir ki, bunu İran Neft Məhsullarının Bölünməsi və İşlənməsi üzrə Milli Şirkətin rəhbəri Cəlil Salari deyib. Onun sözlərinə görə, hazırda 300 mütəxəssis sistemin fəaliyyətinin tam bərpası üzərində çalışır.

Qeyd edək ki, dünən genişmiqyaslı kiberhücum nəticəsində İranda yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayanmışdı.

YUXARI