DÜNYA27.5.2022 16:00

İranda binanın çökməsi nəticəsində ölənlərin sayı artıb

1601

İranın cənub-qərbindəki Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Abadan valisi İhsan Abbaspur bildirib.

Qeyd olunur ki, xəsarət alanların sayı 37 nəfər olub.

Bu günədək dağıntılar altından 48 nəfər xilas edilib.

Xatırladaq ki, Abadan şəhərində mayın 23-də bina çökmüşdü.

YUXARI