İQTİSADİYYAT14.6.2021 15:15

İran Azərbaycanda yem bitkilərinin əkini üçün torpaq icarəyə götürəcək

407

İranın ölkədən kənarda kənd təsərrüfatı məhsulları yetişdirməsi üzrə Azərbaycan və Gürcüstanla yekun anlaşma imzalaması gözlənilir.

Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti Kənd Təsərrüfatı İdarəsinin baş direktoru Əkbər Fəthi deyib.

Ə.Fəthinin sözlərinə görə, hər iki ölkədə məhsul yetişdirilməsi üçün ərazilərin icarəyə götürülməsi planlaşdırılır.

O əlavə edib ki, İran hər il orta hesabla 14 milyon ton heyvan yemi və əlaqədar məhsulları idxal edir. Bu ehtiyacı qonşu ölkələrin ərazilərində məhsullar yetişdirməklə təmin etmək mümkün olarsa, iqtisadi cəhətdən çox faydalı olacaq.

İranlı rəsmi qeyd edib ki, Şərqi Azərbaycan vilayətinin kənd təsərrüfatı idarəsi qarğıdalı yetişdirməsi ilə əlaqədar Gürcüstanla alaşma çərçivəsində proqramı icra edib və müsbət nəticələr əldə edib.

“İranlı investorlar ölkədən kənarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə əlaqədar Şərqi Azərbaycan vilayəti kənd təsərrüfatı idarəsinə müraciət edə və investisiya imkanları ilə tanış ola bilərlər”

YUXARI