ELM VƏ TƏHSİL2021.10.14 11:31

İlahiyyat İnstitutunun dekanı Beynəlxalq Forumda iştirak edib

16

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova Ukraynanın Kiyev şəhərində keçirilən “MDB ölkələri alimlərinin IV Forumu: MDB ölkələrində İslam düşüncəsi – qloballıq və lokallıq” mövzusunda beynəlxalq forumda məruzə ilə çıxış edib.

“Postsovet ölkəsində ali dini təhsildə islamşünaslığın perspektivləri: Azərbaycan İlahiyyat İnstitutunun nümunəsində” mövzusunda çıxış edən dosent E.Əzizova postsovet dövründə Azərbaycanın ali təhsil müəssisələrində dinşünaslıq və islamşünaslığın tarixi inkişaf prosesindən bəhs edib.

Məruzəçi müstəqillik dövründə ilk dəfə bakalavriat səviyyəsində islamşünaslıq proqramını həyata keçirən ali təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunun perspektivlərini təhlil edib, Aİİ haqqında forum iştirakçılarına geniş məlumat verib.

YUXARI