DÜNYA18.3.2023 21:00

İƏT Baş katibinin müavinlərinin seçkisi olub

1111

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının martın 16-17-də Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində keçirilmiş 49-cu sessiyasının gündəliyinə daxil edilmiş son məsələ - Baş katibin müavinlərinin seçilməsi müzakirə olunub.

Təşkilatın Baş katibliyindən bildiriblər ki, üzv ölkələrin nazirləri İƏT Baş katibinin 6 müavininin namizədliyini təsdiq ediblər. Fələstin Dövlətinin təmsilçisi Samir Bəkr Diab Baş katibin Fələstin və Qüds məsələləri, Səudiyyə Ərəbistanından olan Yusif Al-Dubey Baş katibin siyasi məsələlər, Sudandan olan Tariq Əli Baxit Baş katibin humanitar, mədəni və sosial məsələlər, Uqandadan olan Əhməd Sengendo Baş katibin iqtisadi məsələlər, Pakistandan olan Aftab Əhməd Xoxer Baş katibin elm və texnologiya, Türkiyədən olan Musa Kulaklıkaya Baş katibin inzibati və maliyyə məsələləri üzrə müavinləri vəzifələrinə seçiliblər.

YUXARI