GÜNDƏM5.10.2022 08:30

Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım edib

163

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıqla bağlı paylaşım edib. Paylaşımda deyilir:

"Edilli kəndində birinci müharibə zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalmış və öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı aşkar edilib. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4 000 azərbaycanlı hərbçi/mülki itkin düşüb. Ermənistan kütləvi məzarlıq yerlərini verməkdən imtina edir”.

YUXARI