KRİMİNAL27.5.2022 15:40

Gəncə və Xaçmazda baş vermiş yol qəzalarında iki nəfər ölüb

1354

Gəncə və Xaçmazda baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində iki nəfər ölüb.

Daxili İşlər Nazirlıyinin mətbuat xidmətindən bildiriblər ki, mayın 26-da saat 15 radələrində Gəncə şəhərinin Atatürk prospektində Göygöl rayon sakini B.Bağırov idarə etdiyi “İveco” markalı avtobusla yolu keçən 50-55 yaşlı kişini vurub. Hadisə nəticəsində xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Mayın 27-də saat 4 radələrində isə Xaçmaz rayonunun Ləcət kəndi ərazisində rayon sakini A.Dadaşov sürdüyü “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Elçin Qədiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

YUXARI