DÜNYA30.11.2024 22:00

Fidan Lavrovla Suriyadakı vəziyyəti müzakirə edib

4185

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Suriyadakı vəziyyəti müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

“Xarici işlər naziri Hakan Fidan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla bu gün telefon danışığı aparıb. Danışıqda Suriyadakı vəziyyət və Astana prosesi müzakirə edilib”, – xarici siyasət idarəsindən agentliyə bildirilib.

YUXARI