XƏBƏRLƏR14.8.2022 13:00

FHN: Ötən sutka ərzində 71 yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib

310

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında qurumun aidiyyəti orqanları tərəfindən ötən sutka ərzində 71 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 11 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib, dənizdə nəzarətsiz ərazidə batmış bir nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

YUXARI