XƏBƏRLƏR7.12.2023 12:35

FHN-dən zəlzələ barədə AÇIQLAMA

1763

Zəlzələ nəticəsində heç bir dağıntı qeydə alınmayıb.

Bunu Xəzər dənizində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət agentliyinin rəis müavini Elxan Əsədov deyib.

"Bölgədə hər hansı dağıntı ilə bağlı bizə heç bir məlumat daxil olmayıb", - o qeyd edib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

YUXARI