İQTİSADİYYAT27.5.2022 13:51

Fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq

1430

Azərbaycanda fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklə qanunun 4-cü maddəsinin 1-ci bəndi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.

Qanunun hazırkı 4.1-ci bəndi belədir: "Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır".

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

YUXARI