CƏMİYYƏT9.6.2023 12:54

“Əziz Şuşa” veloturunun üçüncü mərhələsinə start verilib

957

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.

Trend xəbər verir ki, turnirin üçüncü mərhələsi Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürüb.

Velosipedçilər Qəbələ-Ağdaş-Mingəçevir-Gəncə marşrutu üzrə 170 kilometr məsafə qət edəcəklər.

Qeyd edək ki, elit yaş kateqoriyasında kişilərin mübarizə apardığı veloturun ikinci mərhələsinin qalibi Niderlandın "Universe Cycling Team" klubunun üzvü Luk Şurmans olub. Bolqarıstan milli komandasının üzvü Nikolay Genov ikinci, Çinin "China Glory Continental" klubunun velosipedçisi Julien Trarieux üçüncü yerə layiq görülüblər.

YUXARI