GÜNDƏM10.1.2025 18:54

Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən açıqlama

8000

Azərbaycan vətəndaşı Ağamir Əzimovun Ukraynada əsir düşməsi faktı ilə bağlı araşdırmalara başlamışıq.

Bu sözləri Axar.az-a açıqlamasında XİN sözçüsü Ayxan Hacızadə Ukraynada əsir düşən Azərbaycan vətəndaşı Ağamir Əzimovla bağlı sorğumuza cavab olaraq deyib.

"Artıq aidiyyəti instansiyalara müraciət etmişik. Cavab aldığımız təqdirdə məlumat verəcəyik", - XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, A.Əzimov Rusiyada miqrantlara qarşı əməliyyat zamanı saxlanılıb və məcburi qaydada Ukrayna müharibəsinə göndərilib. Bu yaxınlarda isə əsir düşüb.



YUXARI