DÜNYA9.6.2021 13:00

Ermənistanda iki hərbi hissənin komandirləri vəzifələrindən kənarlaşdırılıblar

400

Ermənistan Müdafiə Nazirliyi İran və Azərbaycanla sərhəddəki iki hərbi hissənin komandirlərini vəzifədən kənarlaşdırıldığını açıqlayıb.

Bu barədə Trend Rusiya KİV-lərinə istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, ölkənin Silahlı Qüvvələrinin iki hərbi hissəsinin komandirləri xidmətdən kənarlaşdırılıb, onlar barəsində istintaq təyin edilib:

"Hərbi hissə komandiri polkovnik A.Tadevosyan və hərbi hissə komandiri polkovnik A.Qevorqyan barəsində istintaq təyin edilib. Araşdırma zamanı onlar vəzifə səlahiyyətlərindən kənarlaşdırılıblar. ".

Nazirlik istintaqın təyin edilməsinin səbəblərini açıqlamayıb.

Eyni zamanda, erməni KİV-lərinin məlumatına əsasən, İranla sərhəddəki Meğri hərbi hissəsinin komandiri Artak Tadevosyan və Azərbaycanla sərhəddəki Mehraba hərbi hissəsinin komandiri "Müdafiə Nazirliyi rəhbərliyinin növbədənkənar parlament seçkilərində baş nazir Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasının lehinə səsin verilməsi" tələbini yerinə yetirməkdən imtinaya görə vəzifələrindən kənarlaşdırılıblar.

YUXARI