CƏMİYYƏT22.9.2022 17:10

Elçin Zeynalov: “İşğaldan azad olunmuş ərazilərimizdə “yaşıl” texnologiyaların tətbiqi başlıca məqsədlərimizdəndir”

134

İşğaldan azad olunmuş ərazilərimiz böyük potensiala malikdir, xüsusən Şuşa şəhəri zəngin irsi ilə seçilir və dünyanın mədəni mərkəzlərindən biridir.

Bu fikirləri Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini, professor Elçin Zeynalov AMEA-da “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: Gələcəyə baxış” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

Nazir müavini qeyd edib ki, azad olunmuş ərazilərimizdə meyvə və tərəvəzçiliyin, heyvandarlığın inkişafı üçün zəruri infrastruktur mövcuddur. Torpaq və iqlim Elçin Zeynalov perspektivləri baxımından tut bağlarının, o cümlədən üzümlüklərin salınmasına xüsusi diqqət yetirilməsi nəzərdə tutulub.

“İribuynuzlu və xırda buynuzlu heyvanların sayının artırılması üçün bu ərazilər böyük potensiala malikdir”, - deyən Elçin Zeynalov bütün təhlükəsizlik tədbirlərinə riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyinin nəzarəti ilə həyata keçirilən payızlıq və yazlıq əkin işləri haqqında məlumat verib. Bildirib ki, hazırda növbəti təsərrüfat ilinə hazırlıq işləri davam etdirilir.

Elçin Zeynalov vurğulayıb ki, 2022-ci ildə işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatı fəaliyyətinin bərpası, ətraf-mühit və biomüxtəlifliyin qorunması, “yaşıl” texnologiyaların tətbiqi başlıca məqsədlərimizdəndir.

YUXARI