DÜNYA3.2.2023 13:11

Əcnəbi vətəndaş  Xaçaturyanı məhkəməyə verdi

1654

Tailand vətəndaşı Ermənistan Prezidenti Vaaqn Xaçaturyanı məhkəməyə verib.

Bakıvaxtı.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Kaçaçat Bundi adlı şəxs Xaçaturyandan ona Ermənistan vətəndaşlığının verilməsini istəyir və buna məhkəmə yolu ilə nail olmaq qərarına gəlib. 

Bildirilir ki, Ermənistanın İnzibati məhkəməsi Prezidentlə bağlı iddianı icraata götürüb. 

Məlumata görə, Bundi 5 ildir Ermənistanda yaşayır. Ölkənin Milli Təhlükəsizlik Xidməti ölkə Prezidentinə müraciət edərək Bundiyə vətəndaşlıq verilməməsini tövsiyə edib.

YUXARI