DÜNYA3.7.2022 17:01

Dünyada koronavirusa yoluxanların sayı 548 milyonu ötüb

255

Dünyada koronavirusa yoluxanların sayı 548 milyon nəfəri keçib.

Trend xəbər verir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 548 828 000 nəfərə, koronavirusdan ölənlərin sayı isə 6 338 519 nəfərə çatıb.

Məlumata əsasən, ən çox yoluxma halları ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniyada qeydə alınıb.

YUXARI