XƏBƏRLƏR4.10.2022 20:00

Dövlət sərhədini pozan 8 nəfər saxlanılıb

2259

Oktyabr ayının 3-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

DSX-dən bildirilib ki,sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmış və dövlət sərhədini pozmağa cəhd göstərən 7-i azyaşlı olmaqla, 8 nəfər Azərbaycan vətəndaşları saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin dilənmək məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri məlum olunmuşdu.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

YUXARI