Dənizkənarı Milli Parkda “Qələbə qaçışı”na start verilib.
"Report"un məlumatına görə, marafonda gənclər və idman naziri Fərid Qayıbov və qurumun əməkdaşları iştirak edir.
Marafonçular arasında müxtəlif idman təşkilatlarının, nazirliklərin əməkdaşları, ictimaiyyətin tanınmış simaları da yer alıblar.
Qeyd edək ki, 10 kilometrlik marafonun start və finiş xətti eyni nöqtə - "Yeddi gözəl" fəvvarəsinin yanıdır.