İQTİSADİYYAT4.7.2024 15:00

Çindən Bakıya Orta Dəhlizlə konteyner blok qatarların göndərilməsinə başlanılıb

12592

İyul ayından başlayaraq Çinin Sian limanından Bakıya Orta Dəhlizlə gündə bir dəfə olmaqla müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC xəbər verir.

Məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə təqribən 12 günə Bakıya çatacağı gözlənilir.

YUXARI