BAXIŞ BUCAĞI27.7.2021 10:30

Cənubi Qafqazın təhlükəsizliyi Aİ və Azərbaycanın birgə fəaliyyəti konteksində

10806

Çoxvektorlu Təhlükəsizlik Koponentlərinin həm geosiyasi həmdə qlobal səviyyədə mövcud risk və problemlərə münasibətdə,intensiv formada, Beynəlxalq Təhlükəsizlik Sisteminin tərkib hissəsi kimi  koordinasiya edə bilmək olduqca çətin misiyadır və müvafiq olaraq çoxqütblü sistemdə, xüsusilə Avrasiya Balakanaları kimi xarakterizə edilən və regional risklərlə əhatələnmiş rayonlarda davamlı sabitliyin təmin olunması məsələsi fövqəladə çətin sınaq təşkil edir.Praktiki addımların atılması mərhələsində geosiyasət, qlobal səviyyədə baş verən proseslərin nəzərə alınmasını tələb edir və xarici siyasətdə pragmatik və realist baxışın rəhbər tutulmması fonunda geosiyasi argumentləri xarici siyasətin prioritetinə çevirmək mümkün deyildir. Bu konteksdə Azərbaycanın həm regional həmdə beynəlxalq səviyyədə həyata keçirdiyi siyasət qurucu imlus xarakterlidir və onun dəqiq,aydın prinsipləri mövcuddur.

  1. Regional təhlükəsizliyin təmin olunması prosesində  Azərbayacanın milli dövlət maraqalarının təmin olundugu geosiyasi platformada maksimum prinsipal siyasi xətti rəhbər tutmaq və onun həyata keçirilməsində intensivliyi təmin etmək qarşıya qoyulan əsas məqsədir.
  2. Beynəlxalq Siyasi Münasibətlər sistemində,xüsususilə  çoxtərəfli əməkdaşlıq platformalarında iştirak etmək və makro səviyyədə balanlaşdırılmış xarici siyasət kursunu həyata keçirmək Azətrbayacanın Xarici Siyasət Strategiyasının əsasa prinsiplərini müəyyən edir və bu BMS Azərbayacanın müstəqil dövlət obrazını təcəssüm etdirir.
  3. Azərbayacan BMS multifunksional orqanizasiyonlarda iştirak etməklə öz xarici siyasət strategiyasını əsasalandırılması istiqamətində artıq müəyyən bir tarixi təcrübəyə malikdir və bu siyasət ölkənin həm regional həmdə beynəlxalq səviyyədə təhlükəsizliyinə təminat verir. 

Yuxarıdakı mülahizələr konteksində Azərabayacanın xarici siyasət strategiyası həm regional həmdə beynəlxalq səviyyədə xüsusilə  qarşılıqlı etimada dayanan münasibətlər sistemində həyat qabliyyətlilik vəd edir və ona daxili  qaydada yuxarıda qeyd olunan müəyyən prinsiplər bələdçilik edir. Bütün bunların fonunda Azərbayacan regional təhlükəsizliyi təmin edə bilmək üçün  kontinental Avropa dövlətləri sıx əməkdaşlıq şəraitində geosiyasi təhlükəsizliyi təhdid edən riisk faktorlrını  xarici siyasətin prioritetinə çevirə bilmişdir. Bu fövqəladə önəmli faktordur.  Paralel müstəvidə Azərbayacan Aİ münasibətləri və ya Kontinental Avropa dövlətləriilə iki tərəfli və çox tərəfli əlaqələri, xüsusilə Cənubi Qafqazda geosiyasi təhlükəsizlik və Azərbayacan-Aİ münasibətlərilə paralel  kontinental Avropa dövlətləri  ilə regional təhlükəsizliyin təmin olunmasında müxtəlif əməkdaşlıq platfoprmaları,risklərin nəzarətdə saxlanılmasına və dayanıqlı təhlükəsizlik mühutinin yaradıəlmasına, və bütün bunların fonunda  mövcud konfliktlərin həlli istiqamətində konkret addımların atılmasına  hesablanmışdır ki, bu istiqamətdə xarici siyasət artıq müəyyən təcrübəyə malikdir.   Azərbaycan Avropa münasibətlərinin perspektivi  tarixi prossesin mühüm komponentləri. Bu mürəkkəb sistemdə mAİ AZərbayacan münasibətlərini təhlil edərkən,paralel müstəvidə qlobal və regional təhlükəsizlik faktorları və onların prosesə təsiri faktı nəzərdən qaçırılmamalıdır. Bütün bunları nəzərə alaraq Azərbayacan-Aİ münasibətlərinə daha geniş spektrdan nəzər salmaq qarşıya əsasa məqsəd olaraq qoyulmuşdur. Təklif olunan iqtisadi,siyasi və hərbi strateji əməkdaşlıq platformaları və onların perspektivi ələ alınmış,regional təhlükəsizliyi təhdid edən digər amillər təhlil edilmişdir. Aydındır ki, Aİ və Azərbaycanın regional təhlükəsizlik formatında həyata keçirdiyi qarşılıqlı siyasət daha geniş spektrda Azərbaycanın balanlaşdırılmış xarici siyasət kursunun priortetləri fonunda daha əhəmiyyətlidir və bu fakt Aİ tərəfindəndə təsdiq olunur.

Aİ Maastrix  (1192 – ci il ) və Amesterdam (1997-ci il ) sazişlərindən sonra  Avropa İttifaqının beynəlxalq münasibətlər sistemində yeni geosiyasi güc kimi səhnəyə çıxması Avropanın periferiyasında baş verən prosseslərə kontinental Avropanın təsiri faktını meydana çıxardı. Aİ siyasi planda Avropanın cəmindən böyük olsada Avropanın fiziki sərhədlərindən kiçikdir. Lakin Aİ tarixin inkişaf plıanında Avropanın dünya siyasətindəki rolunun düzgün qiymətləndirilməsi planında güclü geosiyasi qurumdur. Belə bir Avropa nəinki Amerikanın maraqalarını transformasiya edə bilər. O, paralel müstəvidə Avrasiya Geostrategiyasında önəmli söz sahibi ola bilərdi əsasaən o halda ki, belə bir Avropanın xarici siyasətində plüralizm, demokratiya kimi dəyərlər geosiyasi proseslərdə nəzərə alınır.  Beləliklə bu əsasaən Avropanın potensialından daha çox onun bu potensialdan nə dərəcədə istifadə edə biləcəyindən əhəmiyyətli dərəcədə asılı olacaqdır. Ümumiyyətlə Aİ siyasi və iqtisadi birlik olsada o, eyni zamanda geosiyasi mərkəızdir.   Dünyanın siyasi mənzərəsində qlobal geosiyasət regional siyasətdən fərqli olaraq qlobal  proseslərə reaksiya fonunda meydana çıxır. Lakin qlobal geosiyasət məhfumu böyük dövlətlərin personajına daxildir.  ABŞ, Rusiya,Çin, Fransa, Britaniya kimi fövqəl dövlərin geosiyasi davranışları dünya siyasətinə təsir edir və bu reallıq qlobal geosiyadsət məhfumunu meydana çıxardır. Bu dövlətlərin hər biri dünyanın əsas strateji regionlarında baş verən proseslərə təsir edir və dünya səviyyəsində geosiyasət həyata keçirdir. Belə bir situasiyada geosiyasət qlobal xarakter alır. Qlobal geosiyasət təkcə dövlətlər arasında münasibətlərin tənzimlənməsi formulu kimi aktuallıq kəsb etmir. Eyni zamanda dünyanın siyasi sistemləri arasında inteqrasiyanı, müharibə və münaqişələrin xarakterinə münasibətdə çoxfunksiyalı strukturların interaktiv fəaliyyətini və bu konteksdə  beynəlxalıq hüququqn prinsiplərini və s mürəkkəb   prosesləri koordinasiya və konsolidasiya edir. Nəhayət qlobal geosiyasət güclü dövlətlərin xarici siyasət sahəsinə daxil olnan və  dünya siyasətinin formalaşması prorosesində fövqəl dövlətlərin geostrateji davranışlarını konsepsiyalaşdıran anlayışdır.

  

    Beləliklə beynəlxalq hüquq prinsipləri ilə qlobal geosiyasət arasaında əlaqəni axtaraıp tapmamaq üçün ilk öncə fövqəl dövlətlərin  geosiyasi konsepsiyaları təhlil olunmalıdır. ABŞ,Çin ,Fransa,Almanaiyta,Rusiya və Britaniya kimi  fövqəl dövlətlərin dünya siyasətindəki rolu və bu dövlətlərin geosiyasi konsepsiyaları qlobal geosiyasət məhfumunu və dünyada baş verən prosesləri dərk etməyimizə komək edə bilər. Dünyanın siyasi mənzərəsində hazırda onlarla geosiyasi münaqişə ocaqları var və bu münqaiuşələr qlobal geosiyasət konteksində transformasiya olunur. Uzaq  Şərqdən başlayaraq Afrikaya qədər, Orta Şərq, Balkanlar, Şərqi Avropa, Ora Asiya və Cənubi Qafqaz da daxil olmaqla  böyük bir regionda  münaqişələr qlobal geosiyasətin xarakterini formalaşdırır. Belə bir situasiyada dünya dövlətləri qlobal təhlükəsizlik dileması ilə üz üzə dayanmışdır. Münaqişələrin beynəlxalq səviyyədə transformasiyası eyni zamanda XXI ci əsrin daha mürəkkəb problemlərini meydana çıxardır. Xroniki münaqişələr paralel müstəvidə Qlobal terorizmi,nüvə təhlükəsizliyi problemini və transmilli cinayətkarlıgı əmələ gətirirvə s problemlər kateqoriyasını meydana çıxardır   və bütün bunlar bəşəriyyət qarşısında ciddi problem kimi qalmaqdadır.  Qlobal situasiyanın bu modeli dünya dövlətləri arasında müharibə riskini qoruyub saxalamaqdadır. Çünki çoxqütblü sistemdə münaqişələrin tənzimlənməsi mümkün görsənmir. Bir neçə istiqamətdə fövqəl dövlətlər imper siyasət həyata keçirdir və bu dövlətlərin hər biri oxşar potensialıa malikdir. Nəticədə çoxqürtblü sistemdə qlobal münaqişələr daha dramatik vəziyyət yaradır. Beynəlxalq hüquq və qlobal geosiyasət arasında strateji ziddiyət kompleks şəkildə bəşəriyyəti üçüncü dünya müharibəsinə sürəkləyir. Müasir dünyada mülahizələrimizə uyğun bir neçə münaqişə zolağı var və özüdə bu regional münaqişələrə  xarici oyunçular birbaşa  təsir edir. Bütün bunlar  müasir standartlar çərçivəsində qlobal geosiyasət məhfumunun əsas prinsiplərini meydana çıxardır.

 

  Hegomonluq və prestij siyasəti. Dünyada baş verən bütün münaqişələrin təbiətində bu və ya başqa formada dövlət -imillətlərin imperiya siyasəti dayanır. Qlobalı hegomonluq, prestij siyasəti, milli maraq məhfumu, imper motivasioya, bütün bunların hamısı beynəlxalq hüququn xarakterilə müqayisədə daha dəqiq amildur. Qüvvələr balanasının mövcud olmadıgı bir şəraitdə qlobal geosiyasət böyük dövlətlərin davranışını formalaşdırır və situasiyanın bu modeli dövlətlər arasında münaqişələrə  səbəb olur. Yuxarıda göstərilən fenomenlər, qlobal  hegomonluq,  prestij siyasəti, milli maraq məhfumu, imper motivasioya çoxqütblü sistemdə anarxa vəziyəti yaratmışdır. Mülahizələrimizə uygun olaraq  bir neçə geosiyasi amili analiz edə bilərik. Xüsusilə bu konteksdə qlobal münaqişlərin transformasiyası fövqəl dövlətlərin geostrateji davranışları fonunda meydana çıxır.  (1) Rusiyanın Avrasiya geostrategiyası: XXI ci əsrdə dünyanın geosiyasi mənzərəsində aktiv siyasət həyata keçirdən Rusiya Amerikanın Avrasiya geostrategiyasına alıternativ Rusiya formulu ilə çıxış edir və bu iki fövqəldövlətin potensialı üçüncü düya müharibəsini realaşdıra bilər. Rusiyanın Şərqi Avropa siyasəti eyni zamnda  NATO ilə bu dövlət  arasında dramatik müharibə riskini meydana çıxardır. Ukryania krizi və ardınca Kırımın ihlaqı ilə nəticələn proseslər, bütün bunların hamısı geosiyasi planda Rusiyanın Avrasiya geostrategiyası ilə xarakterizə olunur.  Rusiyanın Şərqi Avropa,Orta Asiya və Qfqaz siyasəti imper motivasiyadır və tarixi şərait baxımından postimperiyanın bərpasına yönəlmişdir. Bölünmüş  Ukraniyanın  Aİ və NATO  üzvlüyü məsələsi geniş planda ciddi geostrateji dəyişikliklər tələb edir. (2) Kontinental Avropada xüsusilə onun onun Qərb yarımkürəsində Almaniya, Fransa və Britaniyanın xarici siyasət  kursu: Avropnaın  Qərb yarımkürəsində Almaniya, Fransa və Britaniya,  Avropanın geosiyasi mənzərəsində ənənəvi siyasətlərini davam etdirir.

   Bu konteksdə, tarixin inkişaf planında  Fransa və Britnaiyanın oxşar qlobal geosiyasasi konsepsiyaları daha dəqiq prinsiplərə istinad edir. Paralel müstəvidə Almaniyanın  yumşaq Avropa siyasəti  və nisbi təcrid şəraitində Avrasiya geostrategiyası kontinental Avropada strateji  üstünlük siyasətidir və bu Almaniyanın milli özünə məxsusluğunu təcəssüm etdirir.Aİ  mühüm geosiyasi mərkəz olsada onun hər tərəfində taraixi sivilizasiya dövlətləri yerləşmişdir və bu dövlətlərə müəyyən narativlər bələdçilik edir.  Avrpoanın gələcəyilə bağlı qayğılar daha çoxdur və  Aİ inteqarsiyasından daha çox ittifaqda strateji üstünlük uğurunda mübarizə daha dəqiq faktordur.Almaniya və  Böyük Britaniyanın kontinental Avvropa geostrategiyası ənənəvi qaydada imper motivasiyadır və hər iki dövlət dünya siytasətində müstəqil oyunçu kimi çıxış edir. Bütün bunların fonunda Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması prosesi yuxarıda qeyd olunan qlobal geosiyasi proseslərin, regional blokların və ayrı ayrı dövlətlərin və onların maraqlarının nəzərə alınmasını  tələb edir və müvafiq olaraq Azərbayacanın xarici siyasət strategiyası regional təhlükəsizlik konteksində bütün bu amilləri nəzərə ala bilmişdir. Bu əsasən maksimum balanslaşdırılmış siyasət konteksində mövcud olmuşdur. Beləliklə Birləşmiş Ştalardan fərqli olaraq onun bir necə siyasi mərkəzi vardır və bu siyasi mərkəzlər çoxfunksiyalı orqanizasiyonlar vasitəsilə transformasiya olunur. Belə bir Avropa həm  təhlükəsiz həm də yaradıcı ola bilər. Lakin zaman və  tarixi  prossesləırin inkişaf xüsusiyyəti  sübut edir ki, geosiyasi mərkəzlər və yaxud imper motivasiya və yaxudda hansısa idenik siyasi birlik müyəən mərhələdən sonra çoxmənalı səbəblərdən dağılır və yaxudda kənar təsirlər nəticəsində öz əvvəlki nüfuzunu itirir. Lakin hələlik müasir dövrün stadaraları çərçivsəində Aİ dünya siyasətində həm demokratik standartların tətbiqi formasına görə, həm də iqtisadi və mədəni potensialı aspektində nufuzlu  təşkilatdır və böyük ehtimalla bu qurum dünya siyasətində bundan sonrada ənənəvi qaydada öz  rolunu oynayacaq.  Beləliklə mürkkəb sistemlər vasitəsilə inteqral formada inteqrasiya prossesini həyata keçirdən Aİ,onun  instisional qurumları  tarixin inkişaf planında bəşəriyyət üçün mükəmməl təcrubə  mənbəyi və siyasi modeldir. Emprizimlə Experiencenin (təcrübə və müşahidənin) mükəmməl qarışığı olan bu orqanizasyon eyni zamanda qlobal səviyyədə geosiyasi aktordur. Belə bir Avropanın daxili problemləri çox olsada onun işləyən monolit bir sistemi vardır.

Nəticədə belə bir Avropa,- yəni siyasi baxımdan müəyyən mənada bütöv, hərbi strateji planda ümumi məqsədləri olan, iqtisadi planda güclü- cazibə mərkəzidir və bu  modern cazibə mərkəzinin periferiyasında olan bir sıra dövlətlər üçün Avropa fenomeni strateji seçimdir. Azərbaycanın xarici siyasət strategiyasında Aİ inteqrasiya prinsipal siyasi xətt kimi əsas götrülməsinin  səbəblərindən biri də budur. Aİ dəyərlərilə Azərbaycanın seçdiyi siyasi model diskruminasiyada olmadığından və hətta harmoniya təşkil etdiyindən belə bir Avropa ilə əməkdaşlıq məntiqi siyasətdir və düzgün seçimdir. Aİ Azərbaycan kimi öz mili müstəqiliyini yeni əldə etmiş ölkə üçün əməkdaşlıq eyni zamanda periferiyada geosiyasi üstünlük konseptidir və bu həm Azərbaycanın   həm də Avropa dövlətlərinin maraqlarına uyğun prossesdir. Xüsusilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu fövqəladə önəmlidir. Geniş planda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təşkilində nüfuzlu akator kimi çıxış edir. Bu isə qarşılıqlı asılılığın regional və beynəlxalq  modelini yaradır.

Bu konteksdə transmili neft korparasiyalarının Xəzər Dənizində və Orta Asiya ölkələrində hasil olan qaz, neft və neft məhsullarına çıxışı olduqca önəmlidir. Bu iqtisadi lahiyyələr Azərbaycana olduğu qədər Aİ ölkələri üçün də vacibdir. Azərbaycan Aİ münasibətlərinin bu aspekti olduqca mühüm mərhələdir. Bu iqtisadi münasibətlərin və siyasi əlaqələrin xüsusiyyətini formalaşdıran faktordur. Azərbaycan Aİ münasibətləri eyni zamanda geosiyasi təhlükəsizlik zolağında transformasiya prossesidir. Regional təhlükəsizliyin təımini istiqamətində bir sıra mühüm əhəmiyyət kəsəb edən problemlər mövcuddur ki, bu problemlərin həlli nöqteyi nəzərindən Aİ məntiqi seçim ola bilər. Azərbaycan üçün Aİ inteqarasiya siyasətinin üç əsas detrerminatı vardır. (1) Avropa geosiyasi planda Azərbaycanın geostrateji təhlükəsizliyinə zəmanət verə bilər. (2) Aİ əlaqələrin qarşlıqlı inkişafı beynəlxalq sistemdə Azərbaycanın diplomatik  fəlaiyyətinin imkanlarını, dinamikliyini və interaktivliyinə adekvatdır.  (3) İqtisadi planda Azərbaycan Aİ dan geosiyasi dayaq nöqtəsi kimi istifadə etməklə regional siyasətdə əlavə təsir mexanizmləri ələ edə bilər.

Aİ üçün isə münasibətlərdən iki formada qazanclı çıxmaq şansı mövcuddur. (1) Rsiyanın geosiyasi davranışlarını regional səviyyədə transformasiya edə bilmək  və  iqtisadi planda regiona çıxışı təmin etmək. Paralel müstəvidə Aİ xarici siyasəti müstəqil xarakter almağa başlayanda (bu müəyyən mənada emosianal hissələrin doğurduğu və gələcəklə bağlı Avropa Ştatları ritorikasını təcəssüm etdirən ideya istiqamət idi)bu zaman  Avropa üçün periferiyada bir sıra geosiyasi mərkəz vacib kart kimi nəzərdən keçirilə bilərdi ki, bunlardan biri şübhəsiz Cənubi Qafaqz regionu idi. Cənubi Qafqaz elə bir geosiyasi plastarımda transformasiya prossesinin dayaq nöqtəsidir ki, burda sabit yerləşmiş qüvvə digər regionalarında taleyini həll edə bilər. Xüsusilə Orata Asiya regionunun geosiyasi və geoiqtisadi müstəqilliyi məhz  bu konteksdə Cənubi Qafqazla bağlı idi. Yəni Aİ üçün Cənubi Qafqaz geostrateji seçim nöqtesidir. Paralel müstəvidə ABŞ üçündə regionun geosiyasi əhəmiyyətli  vardır. (2) Avropanın özü üçün siyasi kimlik yaratmaq strategiyası Transkontinental Avrasiya Təhlükəsizlik Sistmenidə Aİ roluna verilən qiymət konteksində əhəmiyyətlidir. Aİ və yaxud kontinental Avropa periferiyadakı geosiyasi prosseslərə təsir konteksində nufuzedici xüsusiyyətini formalaşdırmaq yoluyla qtiasdi siyasi,hərbi-strateji planda Avrasiya geostrategiyasının əsas müəllifi kimi öz tarixi roluna stavaka edir. Bunlar Aİ transformasiyasından daha çox kontinetal Avropanın liderliyini trəcəssüm etdirir. 

 Lakin Avropanın gələcəyilə bağlı suala cavab verərkən nikbin olmamamq üçün Rusiyanın təyinatı məsələsinə cavab verilməlidir. Rusiyanın geosiyasi təyinatı elə bir Avropanı inteqarasiya edir ki, inteqral formada gedən prosseslər və yaxud inteqrasiya prosseslərinin perspektivi bu reallığı nəzərə almağı tələb edir. İnteqrasiya üçün daxili nüvənin axtarılp tapılmasaında Almaniya Fransa tandeminə müracət önəmli olduğu halda,  hətta Böyük Britaniyanın təsirlərini  şişirtməmək müstəvisində, xüsusilə nəzərə almaq lazımdır ki, ittifaqın inteqrasiya prossesində Birləşmiş Ştatların birləşdirici doktrinasını indiki məqamda elədə fokuslaşdırmaq vacib deyildir.  İnterpertasiya baxımından Rusiyanın mövqeyi daha az məntiqi olsada onun  təsir potensilı daha çoxdur və müəyyən mərhələdən sonra Aİ dezinteqrasiyası onun təhlükəsizlik məsələrinə reaksiya verə bilməməsi plannıda  baş verə bilərdi. Bu konteksdə Şərqi Avropada  Rusiya de fakto ABŞ üzərində geosiyasi qalibiyyət əldə etdi. Və  məlum oldu ki, bu prossesdə Almaniya və Fransada nisbi təcrid şəratində Rusiyanın maraqlarını formalaşdıran və yaxud geosiyasi immunitetini  qidalandıran akatorlar kimi çıxış etmişdir.

 Transkontinetal Təhlükəsizlik Sistemində ən əsas məsələ postsovet məkanında gedən prosseslərin   Avrasiya Təhlükəsizlik Konsepsiyasına daxil olan rayonlardakı vəziyyətlə bağlı idi. Xüsusilə Orta Asiya ilə Avropanı birləşdirən Cənubi Qafqaz rayonunda  Azərbaycan və Gürcüstanın geosiyasi seçimini qidalandırmaq və strateji planda bu dövlətlərə dəstək vermək məsələsi Aİ ilə paralel az qala Amerikanın xarici siyasəti üçün prinsipal məsələyə çevirilmişdir. Konkret olaraq Rusiya bu regionda dominatlıq edir və yaxud bunun  üçün hər  şeyə malikdir. Aİ və Amerikanın Avrasiya Təhlükəsizlik Konsepsiyasında regionun təhlükəsizliyilə bağalı narahatlıqlar artır. Birinci məsələ ondana ibarətdir ki, Rusiyanın təsirləri fonunda regionun lider dövləti olan Azərbaycanın mövqeyi necə olacaq və yaxud Azərbaycan  stratreji regionun taleyini hansı prinsipləri nəzərə alaraq formaladıracaq. Xüsusi məqsədin ifadaə edilməsi planında Azərbaycan bu suala hələ bir neçə il bundan öncə cavab vermişdir. Azərbaycanın xarici siyasət strategiyası Avro-Amerikan təhlükəsizlik sistemində öz yerini alsada o, daha geniş trayektoriyada öz mili maraqlıarı ilə çıxış edir. Bu konteksdə Azərbayacan Rusiya münasibətləri fövqəladə önəmlidir və Azərbayacan Rusiya münasibətlərinin inkişafı və regional təhlükəsizliyin təmin olunmasında,xüsusilə Azərbaycan Ermənisrtan Dağlıq Qarabağ Münaqişəsinin həlli prosesində,Minsk Qurupunun həmsadr ölkəsi kimi Rusiya ilə geniş platformada əməkdaşlıq edir və eyni zamanada Rusiya Azərbayacan münasibətlərinə üçüncü tərəfin və ya tərəflərin mənfi təsirlərini birmənalı olaraq rədd edir. Azərbaycan diplomatiyası Xarici Siyasətin prinsiplərinə uyğun olaraq  həm regionda həmdə periferiyada çoxtərəfli əməkdaşlıq siyasətini həyata keçirdir  və artıq bu istiqamətdə müəyyən tarixi təcrübəyə malikdir. Məsələn balanlaşdırılmış siyasətin prinsiplərinə uyğun olaraq region dövlətlərilə,İran və Türkiyə ilə paralel, Pakistan, Hindistan, Çinlə və postsovet məkanının inadkar dövlətləri olan, Ukraniya və Gürcüstanla da sıx əməkdaşlıq şəraitində çoxvektorlu  xaraici siyasət həyata keçirir və bu müəyyən mənada Rusiyanın geosiyasi izoliyasiyasına zəmin yaradır.

Ümumi planda  postsovet respublikalaraından  tələb olunan geosiyasət onların potensialına adekvat olamadığından bir çox halda regional səviyyədə bu münasaibətlərin  tənzimlənməsi məsələləri çətin sınaq təşkil etmişdir. Geosiyasi plüralizmin Vaşinqton modeli Avrasaiay Təhlükəsizlik Sistemi üçün yalnız bir sanballı model təklif edirdi ki, praktiki addımların atılması mərhələsində bu model çoxqütblü sistemin problemlərinə adekvat deyildi. Azərbaycan kimi yeni müstəqillik əldə etmiş dövlətin xarici siyasətini Vaşinqtonda əyləşmiş xaraici siyasət burokrataları nadir hallarda düzgüqn qiymətləndirə bilirdi. Xüsusilə Amerikan demokratiyasının inyeksiyası və yaxud daxili vasaitələr hesabına demokratiyanın köçürülməsi prossesi isə potensial risk faktoru idi. Əgər geosiyasi realizm nöqteyi nəzərindən bu siyasəti dəyərləndirdikdə məlum olur ki, o ümumiyyətlə Rusiyanın geosiyasi mövqelərinə xidmət etmişdir. Lakin ehtiraf etmək lazımdır ki, Amerikanın xarici siyasəıti nisbətən xoşməramlı olanda onun Transkontinetal Avrasiya Təhlükəsizlik sisteminnin  plüraslistik xarakteri daha cəzbedici olmuşdur.

 Müasir dövrün standartları konteksində Azərbaycan Aİ münasibətlərini,perspektiv faktorlarını və regionun təhlükəsizliyini ələ aldıqda aydın olur ki, Cənubi Qafqazın geosiyasi Təhlükəsizliyi məsələsi əslində daha geniş mənada Qlobala Geosiyasi Dilemanın nəzərə alınması prosesidir və bu konteksdə Azərbaycan diplomatiyası dünyanın mürəkəbliklərindən fövqəladə intelektual potensial nümayiş etdirərək baş çıxara bilmişdir.  Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini dərk etməlk üçün ilk öncə Azərbayacan Aİ  münasibətlərin xarakterinə nəzəır salınmalıdır. (1)  Regionun təhlükəsizliyini təhdid edən və artıq beynəlxalq səviyyədə siyasiləşmiş Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsidir. Azərbayacanın tarixi torpağını işğal etmiş Ermənistan faktiki olaraq regional təhlükəsizliyi təhdid edir. Və bu fakt sübut edir ki,regional təhlükəsizlikdə Azərbayacan diplomatiyası torpaqlarının işğal olunması faktına baxamayaraq Aİ əməkdaşlıq platformasında həm regional həmdə beynəlxalq səviyədə təhlükəsizlik parametrlərini hansı səviyyədə nəzərə almışdır.  Bütün hallarda bu münasibətlər bir çox halda strateji seçim üçün doğru variant olsada onun formalaşdırılması prossesində,xüsusilə  qarşıya çıxan çətinliklər  nəzərə alındıqda  qərb dövlətləri arzuolunan reaksiya göstərməmişdir.  Aİ və hətta Birləşmiş Ştatlar postsovet məkanının dəyərini geosiyasi planda dərk etsədə onun potensialını və burda gedən strateji qarşıdsurmanı düzgün qiymətləndirə bilmişdir.  Aİ və ayrı ayrılıqda kontinental Avropa dövlətləri  regional səviyyədə (bir çox halda Birləşmiş Ştalar)  Rusiyanın təsir dairəsində olan geosiyasi məkanlarda  yeni müstəqil dövlətlərlə birgə işləmək yerinə  bu ölkələrin daxili siyasətinə  təsir etmək yolunu seçir ki, buda mürəkkəb geosiyasi məkanda gedən inteqrasiya prosseslərinə mənfi təsir göstərir.  Xüsusilə mili hökümtətlərin fəaliyyəti ilə bağlı dövlət departamentinin ənənəvi  hesabatları müəyyən mənada geosiyasi presinq mahiyyəti daşyırdı.Eynilə Aİ qrumlarının da Azərabayacnın təhlükəsizlik maraqlarına adekvat reaksiyası bir çox halada qeyri müəyyən olmuşdur.  Azərbaycanın  Aİ  münasibətlərində də bu tip tendensiyalar müşahidə olunsada bu münasibətlərin iqtisadi,siyasi və hərbi strateji üstünlükləri daha dəqiq faktordur və həm Aİ həmdə rəsmi Bakı bunun fərqindədir. Beləliklə tarixin inkişaf planında  Aİ inteqrasiya prossesi geostrtareji planda məlum faktorlardan asılı olsada onun mənəvi potensialının inyeksiyası bu tip qeyri-müəyyən siyasət nəticəsində öz effektiv nəticəsini hasil etmirdi.

Lakin buna baxmayaraq Azərbayacnın geosiyasi seçimi bu prinsiplərdən asılı deyildir. Bu reallıq  müəyyən mənada Avropa stadartları çərçivəsində qəbul edilmiş normativ qaydalara rasional münasibətin təzəhürü kimi meydana çıxırdı. Və demokratik  dünya ilə əməkdaşlıq siyasəti üçün implus rolunu oynayan digər bir faktor geosiyasi realizmin nəzərə alınması fonunda baş verirdi. Seçim təbii olduğundan artıq onun hər hansı bir süni  mane ilə dəyişdirliməsinə ehtiyac yox idi.  Azərbaycanın xarici siyasətinin bu aspekti, eyni zamanda geosiyasi pluralizm  nöqteyi nəzərindən əhəmiyyətli komplikasiyonlara regional sistemdə  intelektual reaksiya verə bilirdii. Bütün bunlar Amerikanın Transkontinetal Avrasiya Təhlükəsilik sistemilə Avrasiyanın köhnə qaydalarına rasional mövqe qoyan bir dövlət üçün çətin seçim olsada müəyyən mənada alternativin dileması idi. Aydındır ki, Avro-Atlantik Təhlükəsizlik Sisteminə inteqrasiya prossesi regional səviyyədə Azərbaycanın  üzərinə müəyyən öhdəliklər qoyurdu. Bu öhdəliklər NATO ilə əməkdaşlıq platformasında geostrateji  seçim məsələsindən tutumuş, Avropa strukturları ilə münasibətlərə qədər geniş bir spektrda məsələləri əhatə edirdi. Perspektivin formalaşdırılması prossesində  Amerikanın Avrasiya Geostrategiyasında müvafiq rolların payalaşdırılması məsələsində Azərbaycana çox dar çərçivədə seçim azadlığı verilirdi. Ehtiraf olunmasada xarici siyasıət strateqlərinin də qəbul etdiyi kimi,  Azərbaycan zaman-zaman  alternativin dileması qarşısında qalmışdır.

Azərbayacan bir neçə istiqamətdə təzyiqləri neyrallaşdırmaq üçün tərəflərlə sıx əməkdaşlıq şəratində xarici siyasətin əsaslandırma yoluna getdi. (1) Azərbaycanın xarici siyasət strategiyası milli dövlət maraqlarını priooritet seçdiyi halda, digər tərəfdən  regional  təhlükəsizlıiyi təminat altına  alınması istiqamətində  regional dövlətlərin  maraqlarını da nəzərə  almalı olurdu və müəyyən mənada komponentlər arası təhlükəsizlik konseptini, bu daha çox kombinasiya idi, irəli sürərək, (daxili qaydada bu elə bir mürəkkəb sistemin inteqrasiyası tələb olunurdu ki,  təhlükəsizlik və maraq məhfumu arasında ortaq nöqtəni tapamaq mümkün olsun)  Rusiya,İran və Türkiyə  üçbucağında regional əməkdaşlıq platformasını önə sürdü.  (2) Xarici siyasətin həyata keçirilməsində beynəlxalq əlaqələr sistemili şəkildə ələ alınır və qərbə inteqrasiya kursunu qoruyub saxlamaqla paralel regional təhdidlərin aspekti  makro səviyyədə  nəzərətdə saxlanılırdı. (3) Azərbayacan unikal balans siyasəti kimi xarakterizə olunan çoxtərəfli əməkdaşlıq formatında regional  təhlükəısizlik konsepsiyası ilə çıxış edirdi.

Göründüyü kimi Azərbaycanın xarici siyasət strategiyasını əsaslandırmaq yoluyla,difuziya, konsensus və koordinsiya olunmuş sistemin  tərkibində həyata keçirilrdi. Bu siyasət daxili formada təhlükəsizliyə zəmanət verdiyi halda  paralel müstəvidə regional əməkdaşlıq plataformasının yaradılmasına zəmin yaradır, inteqrasiya prosseslərini dərinləşdir, regional təhlükəsizliyə zəmanət verir, digər tərəfədən beynəlxalq səviyyədə öz qurucu,yaradıcı misiyasını fokuslaşdırırdı. Bu qısa müddətdə geniş bir spektrda  uğurlu xarici siyasət strategiyası üçün lazım olan bütün komponentlərlə donatılımış sistemi tranasforamasiya edirdi.  Şübhəsiz Tranaskontinental Avrasiya Təhlükəsizlik sistemi daha geniş məhfum və mahiyyət daşıdığından onun stabil elementi kimi çıxış etmək qlobal geosiyasi prosseslərin tələbi idi və bu siyasət Azərbaycanın xarici siyasət strategiyası üçün alternativin dileması olmuşdur. Ümumiyyətlə Azərbaycanın xaraici siyasəti reagional təhlükəsizliyin nəzərə alınması fonunda həyat qabliyyətli sistemə çevirilə bilərdi. Lakin regional təhlükəsislik üçün tələb olunan xarici dəstək yenədə ABŞ və Aİ ilə əməkdaşlıq fonunda əhəmiyətli idi.

Birləşmiş Ştatlar Rusiyanı transformasiya etmək üçün iki əsas geostrateji dayaq nöqtəsinə ehtiyac duyurdu ki, bunlardan biri Şərqi Avropa palasdarımı, digəri şübhəsiz Cənubi Qafqaz idi. Aİ uzaq perspektivdə  qeyri müəyyən oyunçu olsada o yaxın perspektivdə  dəqiq faktor idi. Aİ həm geosiyasi pluralizmi fokuslaşdırmaqla Rusiya və ABŞ –nı transformasiya edir eyni zamanda bu iki qütb arasında özünün geosiyasi sabitliyini fokuslaşdırmaqla periferiyada nisbi təcrid şəraitində koalisiya  siyasətinə üstünlük verir. Bütün bunlarla bərabər Aİ Transkontinental Avrasiya Təhlükəsizlik sistemində Birləşmiş Ştatların  süper bərbərhuquqlu  strateji mütəffiqi qismində dəyərli oyunçuya çevirilməkdədir. Hələlik daha çox Almaniyanın timsalında. Bundan on il əvvəl Birləşmiş Ştatlar üçün Aİ geosiyasi plasdarımı strateji dayaq nöqtəsi kimi mahiyyət daşıyırdısa hazırda bu münasibətlər bərabər hüquqlu müttəfiqlik tendensiyasını xarakterizə edir. Nəticədə bütün bunlar Azərbycanın xarici siyasət strategiyası üçün mühüm seçim komponentləridir.

Azərbaycan Aİ –ın geosiyasi təsir dairəsində öz mili siyasət kursunu formalaşdırmaqla bərabər Rusiya ABŞ, kimi dünyanın süper dövlətlərilə  çoxtərəfli münasibətlər qurur. Aydındır ki, xarici siyasət və onun həyata keçirilməsi prossesi bir birindən fərqlənir. Bəzən xarici siyasət kompleks şəkildə konseptual və sistematik xarakterli olsada onun həyata keçirilməsi prossesində diplomatik məhatrət və diplomatik vasitələrin ardıcıl şəkildə tətbiqi mümkün olmur. Lakin bu Azərbaycanın xarici siyasəti üçün xarakterik deyil. Xüsusilə demokratiya,hüququn üstünlüyü, siyasi plüralizm və liberal iqtisadi modellərin mənimsənilməsi, bazar iqtisadiyatı kimi mühüm iqtisadi komponentlərin hamsı Azərbaycanın Avro -Atlantik strukturlara inteqrasiya siyasətini şərtləndirir. Bu siyasət təkcə geosiyasi prosseslərin təsir aspektini deyil, eyni zamanda kulturoloji və siyasi prosseslərin xarakterini ifadə edir. Demokratik siyasi rejimin institutlaşdırılması nöqteyi-nəzərindən Azərbaycanın Avropa dövlətlərilə əlaqəsi təcürbənin öyrənilməi şəraitində praktiki baxımdan funksionallıq kəsb edir. Bunun nəticəsidir ki, Azərbaycan Aİ münasibətləri ciddi inkişaf yolu keçmişdir.

 Lakin gələcəklə bağlı ciddi qayğılar hələ də qalmaqdadır. Aİ daxilində baş verən prosseslər,xüsusilə ənənəvi formada Kontinental Avropada geostrateji üstünlüyə can atan Qərbi Avropa dövlətləri arasında gedən dramatik yarış Aİ gələcəyi ilə bağlı ciddi ümudsizliklər doğrur. Böyük Britaniyanın birləkdən ayrılması, breskit olayları ilə başlayan prosses, Fransa və Almaniya arasında gedən iqtisadi-siyasi rəqabət, və Şərqi Avropaya Rusiyanın təsiri inyeksiyası, xüsusilə Şərqi Avropada Rusiyanın formaladırdığı neft strategiyası və s, Aİ bağlı qayğıları transformasiyta edir. Belə bir şəraitdə Aİ xaricində ciddi prosseslər gedir. ABŞ -Çin rəqabəti və Çinin Avropanın iqtisadi sisteminə təsiri faktı bir çox halda Aİ- ABŞ və Çin ucbucağı arasında Avropa mərkəzli geosiyasi xasou fokuslaşdırır. Nəticədə obyektiv və sübyektiv səbəblərdən Aİ periferiyada nisbi təcrid şəratində öz geosiyasi üstünlüyünü formalaşdırarkən  quruluş fəlsəfəsinə uyğun olmayan və daxli qaydada ziddiyyət kəsb edən siyasətlə bir sıra dövlətlərə münasibətdə, xüsusilə Azərbaycana qarşı fəaliyyətində demokratik standartaları  kobud şəkildə pozur. Bu isə mənəvi gedonizm və siyasi faşizm kimi tendensiyaları fokuslaşdırır. Bütün bunlar Azərbaycan Aİ münasibətlərində ciddi faktorlar kimi nəzərdən keçirilir.

Avro -Atlantik strukturlara inteqrasiya siyasəti istəyin deyil zərurətin meydana çıaxaradığı amildir.  Avropanaın gələcək siyasi taleyi və ABŞ -Aİ münasibətlərilə  paralel Rusiya,Türkiyə, həta İran kimi aktiv fəalaiyət  göstərən geosiyasi mərkəzlərin Avropaya təsiri faktı Avrasiyada elə bir  geostrateji mənzərəni meydana çıxardır ki, sanki Avrasiya geostrateagiyasında  qüvvələrin idaraəolunması prosesində kontinental Avropa nisbi təhlükəsizlik şəraitində tranasformasiya prossesini həyata keçirdir. Yəni o, Avrasiya geostrategiyasında vahid siyasi birliyi təcəssüm etdirərək həm öz geosiyasi əhəmiyyətini fokuslaşadırır, eyni zamanda ABŞ və ənənəvi formada müharibəyə öyrənmiş inadkar Avrasiya dövlətləri arasında bufer birlik rolunu oynayır. Belə bir Avropa nəinki güclüdür, o, eyni zamanda bir çox Avrasiya dövlətlərindən və ondan daha da çox özünün strateji müttəfiqindən əhəmiyyətli dərəcədə  asıldır. ABŞ Avrasaiya geostrategiyasında sabit qüvvə, geosiyasi planda isə  transformasiya prossesini həyata keçirən tərəfdir.

Lakin qeyri sabit qüvvə  daha dərin mənada geostrateji üstünlüyü şərtləndirən tərəf kimi çıxış edir. Mürəkkəb geostrateji plasdarımında təyin olunan və təyin olunmayan qüvvələrin xarakterini vahid siyasi məqsədlər üçün səfərbərbər etmək çox çətin misiyadır və Birləşmiş Ştatlar üçün belə bir qlobal geosiyasət çətin sınaq təşkil edir. Avropa dövlətlərinin öz tarixi oxuna qayaıtması fonunda Rusiya -Avropa münasaibətləri daha əhəmiyyətlidir. Fransanın və ola bilsin ki, gələcəkdə hansısa şəraitdə Almaniyanın Rusiya siyasətində köklü dəyişikliklər ABŞ –nı Avrasiya geostrategiyasında tarixi dilema qarşısında qoyaradı. Lakin nikbin olmamaq üçün bütün bunlar kifayət deyi. ABŞ-ın Avrasiya geostrategiyasının gələcək perspektivi  bundan da aydın ola bilməz. Hazırda tarixi keçmişin işığında gələcəyin perspektivini  formalaşdıran bir neçə Avrasiya dövləti var ki, onların fəlaiyyəti və yaxud strateji seçimi birləşmiş şatlar üçün ölümcül olardı. Avropanın siyasi birliyilə onun geosiyasi bütövlüyü arasında olan ucurum və Avropanın daxilində əsas oyunçuların birliyin gələcəyilə bağlı planları bir sıra halda şəxsi liderliyin timsalında tarixi keçmişin obrazını təcəssüm etdirir ki, belə bir reallıq gələləcəklə bağlı qayğıları artırır. Paralel müstəvidə Rusiya faktorunun məqsədyönlü şəikildə şişirdilməsi gələcək planların həyata keçirilməsi fonunda, Amerikan hegomoiniyasaına adevkat, (bu Amerikaya qarşı  nisbi təcrid şəraitndə izoliyasiya siyasəti olaradı)  faktiki olaraq Rusiya fenomenini Aİ ölkələri üçün geosiyasi balansın modelinə çevirməkdədir. 

Transkontinental Avrasiya  Təhlükəsizlik sistemi kimi xarakterizə olunan və müəyyən mənada Birləşmiş Şttaların  hegomonluğu altında formalaşdırlan bu mürəkkəb sistemin hər tərəfində geosiyasi aktorlar düzülmüşdür. Rəqibin intelektual qabliyyətsizliyi fonunda bu akatorların bəziləri  zaman-zaman geostrateji üstünlüyə yiyələnir və yaxud həmin mövqelərini itirirlər.Avrasiya geosiyasi plasdarımında  geosiyasi aktorların hər biri tarixi rollarını iafə edir və onlar geostrateji vərdişlərin mənimsənilməsi planında identifikasiya olnmuş dövlət millətlər kimi xarakterizə oluna bilər. Hər biri tarixi rolları barədə aydın təsəvvürə malik olan milət dövlətlər təkcə qüvvələrin transformasiya prossesini həyata keçirmir. Onlar eyni zamanda imper motivasiyanı konsepsiyallaşdıran və tarixi  mövqelərinin  interpertasiyası ilə məşğul olan imiperiya dövlətləridir. Belə bir şəraitdə antaqonist  Avropa dövlətləri daha çox intelektual və daha az ideoloji geosiyasət həyata keçirdir. Faktiki olaraq Avropa dövlətləri və onların operativ işləyən mükəmməl sistemi, Aİ kimi instisional qurumları  və s, orqanizasiyonları geosiyasi planda həm Avropanın təhlükəsizliyinə zəmanət verir eyni zamanda onun perspektivini formalaşdırır. Lakin Avropanın sərhədləri boyu tarixi rəqiblər olduğu kimi  qalmaqdadır.  Fərqli ideoloji və etnik qurupa daxil olan bu rəqiblər eyni zamanda Avropa geostrategiyasının əsas  müəllifləridir. Bu  rəqiblər xristian ruslar və müsəlaman türklərdir və onlar  bu gündə güclü dövlət obrazını təcəssüm etdirən  siyasi sistemə  malikdirlər. (1)  Ruslar və onların ortadoks-provoslav  dini geosiyasi konsepsiyası,(bu katolik Avropaya qarşı  ortodoks svlizasiyon konsepsiyadır) Şərqi Avropada Rusiyanın geostrateji üstünlüyünə zəmanət verir.  (2)  Türklər və onların konsolidasiya etdiyi geosiyasi islam faktorudur ki,  ki, bu tarixi rolu  bu gün Türkiyə Cümhuriyyəti dövləti oyanamaqdadaır.  

Belə bir şəraitdə Transkontinental Avrasiya Təhlükəsizlik sistemi kimi xarakterizə olunan  lakin öz xarakterinə görə imper motivasiyanı konsepsiyallaşdıran  bu siyasət  mürəkkəb prosseslərin təsiri fonunda daha  çox strateji qüvvələr arasında münasaibətlərin tənzimələnməsi planında çətin sınaq təşkil edir. Amerikanın nəyə önəm verib nəyi əsas almasından asılı olmayaraq çoxqütblü sistemdə qüvvələrin tranasformasiyasını həyata keçirmək üçün Birləşmiş Ştatlar  Avrasiya dövlətləri arasında daha çox inteqrasiya prossesinə önəm verməlidir. Ən yaxşı  asimiliyasiya inteqrasiyadır formulunun geosiyasi prosseslərə təbiq edilməsi yalnız qüvvələrin  transformasiyasını həyata keçirməzdi. Bu prosses eyni zamanda qüvvələrin təhlükəsizliyinə zəmanət yolları axtaran dövlət- millətlər üçün gücün vakumunda öz mövqelərinin interpetsiyası üçün daha sanballı formulların axtarılıp tapılmasına kömək edərdi. Faktiki olaraq Avrasiya geostraregiyasında  qüvvələrin  tranasformasiyası problemi qalmaqdadaır. Rusiya,Çin ABŞ və Avropa dövlətlərilə paralel Türkiyə,İran,Hindistan kimi ölkələr bu böyük geosiyasi məkanda  interaktiv formada fəaliyyət göstərir və bu dövlətlərin hər biri risk tələb edən ciddi geosiyasi prosseslərlə əhatə olunmuşdur. Bütün bunlar nəzərə alındıqda Azərbaycan kimi özünün milli müstəqliyinə yenicə qovuşmuş bir dövlətin geosiyasi seçimi həm regional həm də beynəlxalq səviyyədə problematik reallıqlarla assosasiya olunur. Azərbaycanın Avro-Atlantik strukturlara inteqrasiya siyasəti paralel  müstəvidə Transkontinental Avrasiya Təhlükəsizlik sistemində öz milli maraqlarına zəmanət axtarışıdır. Lakin bu siyasət regional təhlükəsizliklə bağlı qayğılarına hələ də cavab tapa bilməmişdir.

Faktiki olaraq Transkontinental Avrasiya Təhlükəsizlik sistemi mövcud şərtlər daxlində daha çox problematik reallıqlara reaksiya fonunda qeyri-müəyyən sistemi tranasformasiya edir və onun vahid komandalaıq mərkəzi mövcud deyildir. Həm siyasi həm də təhlükəsizlik problemlərinin həlli üçün böyük ehtimalla gələcəkdə çoxqütblü sistemin şərtlərinə uyğun olaraq  bir neçə geosiyasi mərkəzin Avrasiya Geostrategiyas işlənilib hazırlanmasında birgə fəaliyyəti tələb olunacaq. ABŞ və qismən Qərbi Avropa dövlətlərinin iştirakı ilə formalaşdırılmış  bu mürəkkləb sistemə Rusiya,Türkiyə,Çİn, İran, Hindistan,Pakistan  və s, kimi dövlətlərin də cəlb edilməsi yoluyla daha mütəhərik və daha dinamik, problemlərə daha rasional aspektdən  yanaşmanı təmin etmək mümkün olaradı. Belə bir şəraitdə Azərbaycanın xarici siyasət strategiyası  bu reallıqlaraın nəzərə allınması planında daha çox Avropalı, lakin regiondaxli prosseslərə inyeksiya fonunda  daha çox regional  aktor kimi özünü təqdim eliyə  bilməli idi və artıq o bu siyasəti həyata keçirə bilmişdir. Manipuliyasiya etmək üçün geniş bir trayektoriyada qüvvələrin davranışını izləmək üçün Azərbaycanın kifayyət qədər vaxtı olmaya bilər. Onun üçün xarici siyasət geosiyasi təhlükəsilik kompleksilə strtaeji üstünlük əldə etməyə çalışan imperiya dövlətlərinin xarici siyasəti arasında konsensus tələb edən məsələləri bir qayda olaraq gündəlikdə tutmalıdır. Azərbaycanın Transkontinental Avrasiya Təhlükəsizlik sistemindəki yeri və rolu nəzərə alındıqda bu Avro-Atlantik strukturlara intreqrasiya fonunda, xüsusilə  mili məsələlərin beynəlxalq sistemə çıxarılması nöqteyi nəzərindən,(həm çoxtərəfli əməkdaşlıq platformalarında qəbul edilmiş etibarlı tərəfdaş kimi)  realizəsinə imkan verdiyi kimi eyni zamanda onun bir parçasına çevirilməsinə zəmin yaradardı. Lakin Avropanın təhlükəsizliyilə onun periferiyasındakı geosiyasi təhlükəsizlik məsələlərinə Avropada hələ də konkret cavab verilməmişdir.

Əgər kontinental Avropanın təhlükəsizliyilə üzvi şəkildə bağlı olan  periferiyadakı təhlükəsizliyə Avropa dövlətləri tərəfindən  emosianal reaksiya tələb olunan səviyyə qalxmamışdırsa deməli risk etməyə dəyməz. Avro-Atlantik strukturlara inteqrasiya siyasəti ilə paralel bu strukturları formalaşdıran və onun  fəaliyyətini təşkil edən dövlətlər,onlarla əməkdaşlıq edən dövlətlərə təminat verməsi lazım gələcək. Məsələn NATO  hansı şəraitdə Cənubi Qafqazda Rusiyanın geostrateji üstünlüyünə qarşı çıxa biləcək və yaxud belə bir niyəti olacaq ki, burda əsas məqsəd Aİ periferiyasındakı təhlükəsizliyilə paralel  Azərbaycanın, Gürcüstanın hətta Ermənistanın da daxil olduğu  inteqaral  təhlükəsizlik sisteminə zəmanət versin. Aİ-ın genişlənməsi məsələsilə NATO -un genişlənməsi prossesi arasında sinxronlaşadırma aparılacaq yoxsa bu prosseslər müəyyən faktorların nəzərə alınması planında fərqli mövqeləri meydana çıxarada bilər. Bütün bunlar tarixiin kişaf planında transkontinental Avrasiya geostratregiyasının əsas dilemalarıdır və Azərbaycan kimi öz geosiyasi mövqeyinə görə strateji məkanda yerləşən dövlətin bu reallıqları nəzərə alamaması mümkün deyildir. Milli lider Heydər Əliyevin müəyyən eytdiyi xarici siyasət və güclü dövlət konsepti prinsipcə bu mürəkkəb  geosiyasi prosseslərə intelektual reaksiya fonunda öz məntiqi nəticəsinə qovuşmuşdur. Azərbaycanın Avro-Atlantik strukturlara inteqrasiya siyasəti yuxarıda verilmiş qlobal geostrateji ssenarilər fonunda bütün bu tendensiyaları nəzərə ala bilməlidir. Faktiki olaraq bu gün üçün bu bir reallıqdır ki, Azərbaycanın xarici siyasəti qlobal geosiyasi prosseslərə reaksiya fonunda unikal  mövqedədir. 

Bütövlükdə ABŞ-Avropa İttifaqı münasibətləri bir çox halda ziddiyyətli məqamları meydana çıxartmaqdadır. Amerikanın geosiyasi dayaq mərkəzindən Avrasiyanın geostrateji gücünə çevirilmək iddiası riskli lakin kontinental Avropa  üçün  perspektivi şübhə doğurmayan siyasət olardı. Belə bir Avropa eyni zamanda Avrasiya geostrategiyasının əsas fiqurları ilə işləyə bilmək potensialına malik olmalıdır. Praktiki baxımdan belə bir Avropanın peyda olması üçün Aİ instsional qurumlar arasında inteqrasiya prossesilə paralel Qərbi Avropa dövlətləri arasında, eyni zamanda Qərbi Avropa dövlətlərilə Şərqi Avropa dövlətləri arasında Aİ  perspektivi  məsələsinə ayadınlıq gətirilməlidir. Bu zaman müəyyən olunmalıdır ki, Aİ lideri qismində Qərbi Avropa dövlətləri arasında gedən mübarzədə  demokratik Avropa standartlarının taleyi necə olacaq. Konkret faktlar qismində çoxsaylı arqumentlər gətirmək olar ki, Aİ inteqrasiyası  qitədə ciddi geosiyasi geoiqtisadi və  geostrateji problemlərə əhatə olunmuşdur və belə bir Avropanın təyinatı qeyri-müəyyəndir.  Bütün bunlarla bərabər Transatlantik Təhlükəsizlik Sistemindən,Transkontinental Avrasaiya Təhlükəsizlik  sisteminə transformasiya,difuziya və nufuzedici komponentlərin axtarılıp tapılmasını tələb etdiyi halda Birləşmiş Ştatlar meqa kontinetdə çoxqütblü sistemdə öz potensialını proseslərə adekvat adaptasiya edə bilmir. Bu qüvvələrarası koordinasiya problemindən daha çox  strateji  addımların qeyri-müəyyənliyinə işarədir. Nəıticədə kontinetal Avropa dövlətlərilə  Birləşmiş Ştatlar arasında qarşlıqlı inmasızlığı fokuslaşdılran qlobal reallıq, Rusiya Çin və nisbətən orta səviyəli geosiyasi mərkəzlərə yeni rollar verir.

Azərbaycanın xarici siyasəti yuxarıda verilən geosiyasi sxem üzrə hadisələrin və gələcək prosseslərin dinamikasını, onların təsir aspektini nəzərə almalıdır. Azərbaycanın xarici siyasəti birbaşa olmasada dolayısıyla bu sübyektlərin hər birilə  bu və ya başqa formada bloklarda, iqtisadi qurumlarda və yaxud dövlətlərarası münasibətlər sistemində əlaqədədir.  Bu konteksdə qlobal geosiyasi prosseslərin dinamikası və onların təsir aspekti  verilmiş geosiyasi sxemin nəzərə alınmasını tələb edir. Ümumiyyətlə  Rusiya- ABŞ faktoru ilə paralel Çin,Yaponiya,Ərəb–İslam dünyası, İran,Türkiyə kimi aktif fəaliyyət göstərən geosiyasi simaların ambisiyalarını transformasiya edə bilmək,  yeni dövrün komplikasiyonlarına intelektual reaksiya vermək olduqca vacib faktordur. Xüsusilə Rusiya-Avropa münasibətləri tarixi keçmişdə olduğu kimi iki əsas faktoru  geosiyasətin predmetinə çevirməkdədir. Dini və milli planda bu fərqlər eyni zamanda geosiyasi üstünlük siyasətini çərtlənşdirir. Avropanın periferiyasında prosseslər onun gələcək siyasi taleyinə təsir edə bilər. Faktiki olaraq, Suriyada baş  verən prosseslər və onun Avropaya təsiri inyeksiyası, miqrantlarla bağlı Aİ daxilində dramatik diskusiyalaraın getdiyi bir vaxtada məlum olur ki, Aİ daxilində ən kiçik bir fikir ayrılığı aftomatik olaraq dövlətləri öz mövqelərinin interpertasiyasına yönəldir. Nəticədə siyasi birlikdən daha çox milli maraqlar konteksində siyasət önə plana  çıxır.

Bütün bunların fonunda Azərbaycanın Avro-Atlantik strukturlara inteqrasiya siyasəti elə bir geosiyasi dilemanın xarakterinidən asılıdılr ki, onun təyinatını və bundan sonrakı satatusunu yalnız qlobal geosiytasət müəyyən edə bilər. Azərbaycanın xarici siyasətinin çoxvektorlu olması bu baxımdan tamamilə məntiqidir. Ümumiyyətlə Avropanın siyasi əhəmiyyəti ABŞ və ola bilsin ki, Çinin və Rusiyanın fəliyyətindən asılı olacaqdadır. Lakikn demokratik və hüququn üstünlüyünə sadaiqlik nümayiş etdirən, knesefobiya,irqçilik,faşizm kimi mənfi tendensiyalara qarşı prinsipal mövqe nümayiş etdirən Aİ böyük ehtimalla hələ uzun müddət dünyanın əsas geosiyasi nüfuz məkanı olaraq qalacaq. Əks təqdirdə Aİ parçalanması qaçılmaz olardı. Azərbaycan kimi öz milli müstəqiliyini qısa tarixi bir zaman dövründə əldə etmiş dövlətin Avropa İtitfaqı ilə münasaibətləri dəyişən dünyanın geosiyasi şərtlərinə intelektual reaksiya qismində məntiqi olsada bu siyasət daha çox qlobal geosiyasi vəziyətdən və regional prosseslərin  təsir aspektindən asılıdır. Təcrübə göstərir ki, dövlətlər iki mühüm amili nəzərə almadıqda intensiv olaraq təhlükələrə məruz qalır. Birincisi xarici siyasət ideologiyanın təsiri alatında formalaşdırıldıqda. İkincisi regional və beynəlxalq siyasətdə rasional prinsiplərdən çıxış etmədikdə.

Azərbaycanın xarici siyasət strategiyası və onun əsas prinsipləri (1)geosiyasi təhlükəsizliyinin təşkili istiqamətində mühüm prossesləri nəzərə almalı olduğu halda,paralel müstəvidə (2) geosiyasi təhlükəsizlikdən daha az əhəmiyyətli olmayan mili  dövlət maraqlarını məhz bu mürəkkəb sistemdə ələ alınmasını tələb edir. Yəni intensiv olaraq geosiyasi prosseslərə reaksiya fonunda dövlət öz maraqlarını, geosiyasi və strateji mövqeyni mili maraq kompleksililə assosasiya edə bilməlidir. Təcrübə göstərir ki, bir çox halda dövlətlər öz mili maraqlarını nəzərə alarkən ya geosiyasi prosseslərin təsiri aspektini  bu maraqlar konteksində nəzərə ala bilmir,(bu bir çox dövlətin xarici siyasəti üçün xarakterikdir) və yaxud da mili maraq kompleksilə geosiyasi prosseslər arasında dəqiq kateqoriyanı müəyyənləşdirərkən  geosiyasi balans formuluna  müarciət   edilmir.   Və və ya dövlət maraqları regional və beynəlıxalq münasibətlərdə digər dövlətlərin maraqlarına iddia edir. Yəni  digər dövlətlərin maraqları nəzərə alınmır.Azərbaycanın xarici siyasət strategiyası Avro-Atlantik strukturlara inteqrasiya fonunda unikal  balans siyasəti  kimi xarakterizə etdilən bu siyasət elə bir sistemi tranasformasiya edir ki, bu sistemin hər bir tərəfində konkret dövlət və ya dövlətlər qurupu, blokalar, geoisiyasi birliklər, iqtisadi qurumlar  və s, çoxfunksiyalı paramertlər nəzərə alınır. Əgər biz Azərbaycanın Cənibi Qafaqaz regionundakı geosiyasi mövqeyinə baxsaq görərik bu geosiyasi mövqe iki mühüm prinsipi daim intensiv olaraq nəzərə almışdır. (1)  Region dövlətlərinin xarici siyasətini, onların maraq dairəsini,regional faktorların geosiyasi prosseslərə təsir aspektini. (2) Regiona təsir imkanları olan və daha geniş planda qlobal geosiyasi plasdarımda əsas aktor dövlətlərin maraq aspektini.

Bu çərçivədə Azərbaycan Avro-Atlantik strukturlara inteqrasiya kursu seçərkən onun qarşısında mürəkkəb geosiyasi proseslərin düzgün təhlili məsələsi dururdu. Avro-Atlantik strukturlara inteqrasiya siyasəti həyatın müxtəlif istiqamətlərində liberallaşmanı, demokratik normların, prinsiplərin həyata keçirilməsini şərtləndirdiyi halda bu prosses eyni zamanda Azərbaycanın geosiyasi transformasiyasına zəımin yaradırdı. Lakin bu birdən birə hərşeyini dərin məftunluq hissilə Avropaya baglamaq yoluyla deyil daha çox siyasi realizm prinsipinin nəzərə alınması fonunda mili dövlət konseptinin prinsiplərinə adekvat olmalı idi. Xüsusilə ideoloji və siyasi seçim formatında  qəbul edilmiş komponentlərin hər biri daxili qaydada mili ideologiya ilə konsesnsus şəratində həyata keçirilə bilərdi. Əslində Azərbaycanın Avro -Atlantik strukturlara inteqrasiya siyasəti iki mühüm prinsipin nəzərə alınması fonunda həyata keçirilirdi. Birincisi dövlətin ideoloji seçim modelinə uyğun olaraq bu parametrlərin hər biri məqbul variant kimi  inkişafın çoxfunksiyalılıgına adekvat prossesdir. İkincisi isə geosiyasi planda risklərə xarici mühitdə, periferiyada dəstək xarakteri daşıyırdı. Avro-Atlantik strukturlara inteqrasiya prossesinin  geosiyasi planda  analizi bir çox halda faktların təsdiqindən daha çox faktların mühümlüyünü  arqumentləşdirir.

Avropa dövlətlərilə Rusiya arasında münasibətlərin tarixi  keçmişi və bu günkü vəziyyəti nəzərə alındıqda hər hansı bir strateji  dəyişikliyin baş vermədiyi müəyyən olunur. Paralel müstəvidə ABŞ və Rusiya münasibətləri soyuq müharibə dönəmindən sonra nisbi dəyişikiliyə məruz qalsada(əsasən ideoloji planda) geosiyasi və strateji planda elə də dəyişiklik baş verməmişdir. Eyniylə  Cənubi Qafqaz indeksli geosiyasi mühiti dəyərləndirildikdə aydın olur ki, tarixən regiona təsir imkanı olan hər üç regional dövlətin, Türkiyə,Rusiya və İranın regiona dair planlarında  elə də ciddi bir dəyişiklik yoxdur. Bu konteksdə Azərbaycan özünün xarici siyasət prioritetlərini bu faktları nəzərə alaraq formalaşdırrdı. Lakin Azərbaycanın Avropaya inteqrasiyası xüsusi bir mərhələ olduğundan bu mərhələnin daha geniş planda geosiyasi xarakterini dünya siyasətində baş verən mürəkkəb prosseslər formalaşdırmışdır. Yəni Avropa dövlətlərilə münasibətlər nisbi sabitlik dövründə mili və ya geosiyasi təhlükəsizliyə adekvat siyasət idi. Lakin bu siyasətin formalaşdırılması prossesində Azərbaycanın seçimindən daha çox bu seçimin əsas kontrlarını regiona xas problemlərlə koordinasiyası məsələsi həll edə bilərdi ki, Azərbaycan qısa bir dövr ərzində bunu bacardı.  Avropaya inteqrasiya siyasəti total şəkildə ölkəınin mili iqtisadi siyasi və humanitar inkişafı üçün əsas dəyərdir. Lakin bu dəyər yuxarıda qeyd olunduğu kimi hərşeyini dərin məftunluq hissi ilə Avropaya bağlamaq və və geosiyasi dinamiklərin nəzərə alınmaması kimi yalnış baxışı rəhbər tutmaq yerinə deyil, rasional realizmi əsas götürməklə konsepsiyalaşdırıla bilərdi. Məhz mili lider Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyası yuxarıda verilmiş bürtün bu komplikasiyaonların nəzərə alınması planında unikal siyasət idi.

 Avropa dövlətlərilə münasibətlərdə Azərbaycan geosiyasi platformada  agent rolunu oynayır.  Azərbaycan xarici siyasətində regional dövlətlər faktoru elə bir geosiyasi dilemanı fokuslaşdırır  ki, bu konteksdə  xarici siyasət intensiv olaraq region dövlətlərilə koorrdinasiya şəraitində, regiondaxili geosiyasi katalizimlərə  adekvat birgə tədbirlər həyata keçirmək planında,  kənar aktorların proseslərə təsirini minuma endirir və paralel müstəvidə region xarici qüvvələrlə birgə işləyərək, (xüsusilə transiqtisadi lahiyyələrdə və təhlükəsizlik sahələrində), region dövlətlərinə belə bir mesaj verir ki,  o, regional siyasətini formalaşdırarkən çoxtərəfli balans şəraitində münasibətlərini qoruyub saxlamaq iqtidarındadır  və bu konteksdə  qüvvələri  geosiyasi planda  transformasiya edə bilər. Ümumiyyətlə Azərbaycan özünün xarici siyasətini formalaşdırakən maksimum regional faktorları, makro sistemdə  isə qlobal geosiyasi prossesləri koordinasiya şəraitində nəzərə alır. Regional dövlətlərin hər birinin regionala bağlı niyyəti mövcudur. Xüsusilə ABŞ və Rusiya münasibətləri fonunda elə bir xarici siyasət tələb olun ur ki, bu siyasət həm ikitərəfli həm də çoxtərəfli formada təhlükəsizliyə zəmanət versin.

Ümumiyyətlə Amerikanın gücü Avrasiya dövlətlərinin  ümumi  potensialı ilə müqayisədə  əhəmiyyətli dərəcədə zəifdir və onların istənilən prinsipal müttəfiqliyi dünyanı qarışdıra bilər. Qlobal geosiyasətdə demokratiya  milli dövlətlərin maraqları ilə müaqiyəsədə zəif amildur. Müasir  BMS- də əsas  ideya  budur. Beynəlxalq sistemdə -əsasən böyük dövlətlərin maraqlarının təmin olunduğu- qüvvələrin  balans sistemini  necə yaratmaq lazımdır və belə bir sistemsə  hansı formada nəzərət etmək məqsədə uygundur. Nəhayət XXI- ci əsrdə geosiyasi müstəvidə baş verən münaqişələr hərbi təşkilatlanmaları sürətləndirir.  Proseslərə adevkat olaraq  hərbi müdaxilə variantını seçmək mənfi nəticələrə gətirib çıxara bilər. Çünki klassik  münaqişələr bir çox hallda  böyük dövlətlər tərəfindən geostrateji planın tərkib hissəsi kimi, süni yollarla məqsədyönlü şəkildə  yaradılır.  Bu klassik geostrateji  formul geosiyasi planda rəqib dövlətin enerjisini həzm etmək siyasətidir. Çünki  bir başa  münaqişə zolağına  daxil olmaq həm  böyük maliyyə vəsaiti tələb edir həm də ciddi geosiyasi  problemlərə zəmin yaradır. Prosesin uzanması şəraitində vəziyyət dahada dramatik forma ala bilər. Bu faktı  nəzərə alan  geosiyasi aktorlar bir başa  münaqişəyə girmədən pərdə  arxasında proseslərdə  iştirak edirlər. Bütün bu amillər  regional münaqişələrin həll olunmasında kompromist variantları əhəmiyyətsiz vəziyətə salır.Belə bir şəraitdə isə qlobal reallıq   demokratiyanın klassik varinatını meydana çıxarır. 

 

  Milli maraqların belə güclü olduğu dünyada  demokratiya müəyyən mənada ritorikadır. Lakin onun qlobal hakimiyyətini bərpa etmək mümkündür. Bunun üçün  siyasi iradə amili önə çıxarılmalıdır.Lakin bütün hallarda  qlobal geosiyasətin  öz reallığı var. XXI-ci əsrdə Amerikanın qlobal demokratiya geostrategiyası ideoloji aspektdə güclü olsada geosiyasi planda zəif və müdafiəsiz xarakterə istinad edir. Xüsusilə Avropada və dünyanın digər yerlərində amerikanfobi yüksək  mövqedədir. Bütün bunların belə olmasında Amerikanın xarici siyasəti günahkardır. Lakin bütün hallarda Atlantik  birliyi formalaşmaqda davam edir. Atlantik birliyinin non-inteqrasiyası,  (inteqrasiyanın dayanaması prosesi) ümümilikdə mümkündürmü? Yunanısatn və Britaniyanın davranışları fonunda gələcəklə bağlı nikbin bəyanatlar vermək olduqca çətindir. Avropa ittifaqında baş verən istənilən miliratrist reinteqrasiya prosesi Atlantik birliyini dagıda və onun geostrateji üstünlüyünü sual altında saxlaya bilər. Beləliklə Amerikanın qlobal təhlükəsizlik strategiyası, teroorizmə qarşı mübarizə doktrinası beynəlxalq  təhlükəsizliyin əasas problemlərindən asılı vəziyyətdədir. İraqa və Əfqanıstan problemi, Suriyada geüdən vətandaş müharibəsi və regionda terorizmin transnformasiyası, Rusiya və Çinin Avrasiyanın qaynar nöqtələrində Amerikanına maraqlarına qarşı mübarizə strategiyası, bütün bunlar yeni dövrün problemlədir və ciddi cagrışlatrla ehtifa olunur. 

Daha dəqiq amillər müəyyən mənada geostrateji düşüncənin daxilində gizlənmişdir. Amerika imperiyadaır yoxsa  təhglükəsizliyi təmin etmək üçün  qlobal polis. Müəyyəın mənada Amerikanın xarici siyasəti bundan əvvəl  Britaniya  imperiyasının strateji vərdişlərini xatırladır. Britaniyanın müasir dövrdə təkralalayan Amerika  beynəlxalq sistemdə öz maraqlarının müdafisəini təşkil edir vvə bu zamana belə bir nəıticə hasil olur ki, Amerika imperiya siyasəti həyata keçirdir. XX ci əsrin sonlarında başalayaraq  İmperiya olmaq yolunda inamla addımlayan ABŞ və onun qlobal üstünlüyünü məhdiudlaşdırmaga çalışan anataqonist Avrasiya dövlətləri  arasında  tarixi mübarizə oldugu kimi davam edir.  Fikirimizcə hazırda  bu reallıq  dünyada baş verən bütün problemlərin səbəbi kimi nəticəni hasil edir. Müasir dövrdə ABŞ qarşısında duran əsas geosiyasi problemlər zolagı. Hansı bu problemlər və münaqişə modelləri Amerikanın qlobal üstünlüyünü əhəmiyyətli dərəcədə zəiflədir. (Zibiqnev Bjeziniski)

  1. İslam dünyasını bürüyən qərbə qarşı düşmənçiliyin artması
  2. Partlamağa hazır Yaxın Şərq
  3. Fars körfəzində üstün olan İran
  4. Qeyri –stabil nüvə silahına sahib Pakistan
  5. Narazılığı artan Avropa
  6. Acıqlanmış Rusiya
  7. Şərqi Asiya birliyini quran Çin
  8. Asiyada daha da  təcrid olunmuş  Yaponiya
  9. Latın Amerikasında ABŞ əleyhinə kütləvi dalğa
  10. Nüvə silahının yayılmaması məqsədiilə qurulan rejimin süquta uğraması  

 Yuxarıda qeyd olunanlar, Amerikalı məşhur politoloqun analtik konteksdə tərtib etdiyi bu statistik cədvəl qüsursuzdur.  Cədvəli  bura əlavə etməkdə məqsəd ondan ibarətdir ki, o, heçdə qeyri obyektiv nəticəni hasil etmir. Amerikanın qlobal üstünlüyünün olmadığı bir şəraitdə bəşəriyyət bundan sonrakı mərhələdə   yeni dünya nizamını, xüsusilə  qloballaşma fonunda,  çoxqütblü sistemdə hansı formada-strateji üstünlük konsepsiyası əsasında -təşkil edəcək və ümumiyyətlə dünya dövlətləri çoxqütblü sistemin demokratik transfortmasiyasına hazırdırmı. Və Amerikanın qlobal üstünlüyü şəraitində  liberal demokratiya mühafizəkar fundamentalizimlə necə davranmalıdır. Və əgər qlobal demokratiya fəlsəfəsi  bəşəriyyətin  intelektual inkişaf  harmoniyasını, klassik tarixi formasiyasını təşkil etməyəcəksə onda bu fenomenin aqibəti necə olacaq. Deməli əsas sual budur, Amerika qlobal üstünlüyünü bundan sonrakı mərhələdə  necə təşkil etməlidir ki, son nətcədə  onun qlobal  demokratiya  bəyanatı bu üstünlüklə ziddiyyət təşkil etməsin.

Regiondaxili qüvvələrin geosiyasi transformasiyası fonunda  hər bir dövlət özünün tarixi planları istiqamətində hərəkət edir. Yəni geosiyasi mühitdə transformasiya prossesi müəyyən mənada intelektual sistemin daxilində baş verir. Xüsusilə Rusiya, İran və Türkiyə ilə paralel Aİ və ABŞ münasibətlərini həm regional həm də beynəlxalq səviyyədə nəzərə almaq tələb olunur. Azərbaycanın xarici siyasəti Türkiyənin geosiyasi planda müəyyən dəyər səviyyəsində qəbul etsədə müstəqil siyasi kursun prinsipləri nəzərə alındıqda bu dəyər digər komponentlərə əks təsir götstərməməlidir. Xüsusilə Rusiya faktoru və onun  regionun geosiyasi mənzərəsinə təsiri faktı Aİ və ABŞ münasibətlərdə nəzərə alınmalıdır. ABŞ və Aİ ilə strateji partnyorluq ifadəsi düzgün, lakin ehtityyatlı siyasətin predmeti olmalıdır. Rusiya elə bir geosiyasi oyunçudur ki, onu nəzərə almadan yalnız risk etmək olar. Lakin Rusiyanın transformasiya etmək planında Aİ inteqrasiya siyasəti məhz Rusiyanın geosiyasi ambisiyalarını qıcıqlandırmaq hesabına deyil, Rusiyanın müəyyən mənada daxil olduğu regional münasibətlər sistemi konteksində ələ alılnmalıdır.  Rusiyanın böyüklüyü, ABŞ qlobal gücünü inkar etmədiyi kimi, ABŞ qlobal gücüdə Rusiyanın təsir potensialını inkar etmir. Qlobal geosiyasi prosseslərin təsir aspektində Rusiya faktoru diridir. Paralel müstəvidə Azərbaycan unikal balans siyasətin prinsipinə uyğun olaraq Aİ inteqrasiya fonunda bir çox halda öz mövqeyninin interpertasiyasını dəqiq ifadə etmişdsir. Məsələn Azərbaycan Avropa məkanında elə bir geosiyasi akator kimi çıxış edir ki, onun potensialı kiçik lakin fantasmaqorik planda təsir aspekti böyükdür.

Bu  konteksdə Azərbaycanın xarici siyasəti iki mühüm prinsipi nəzərə alaraq formalaşdırılır. Bunlardan biri təhlükəsizlik, ikincisi isə iqtisadi siyasətdir. Təhlükəsizlik iqtisadi siyasətin ekvivalentidir.  Manipuliyasiya etmək üçün Azərbaycanın əlində kifayət qədər geniş imkanlar var. Lakin bu imkanlar müəyyən bir mexanizm kimi düşünüldükdə risklər olduqca çətin sınaq təşkil edir. Birincisi Azərbaycan postsovet məkanında elə bir geosiyasi məkanada yerləşmişdir ki, geosiyasi seçimi təbii olaraq qərbə indekslənmişdir. Lakin bu siyasi seçim  gənc dövləti coğarafiyadan və onun fundamental problemlərindən kənarda saxlamır. Məhz bu amili nəzərə alındıqda Azərbaycan iqtisadi təhlükəsizliyini zəmanət altına almaq üçün (1) Regional səviyyədə geosiyasi pluralizmi formalaşdırmalı və regionu təhdid edən konfliktlərə intensiv olaraq vaksin qoymalıdır. (2)  Ölkənin təhlükəsizliyini formalaşdırmaq üçün o, daim güclü dövlət konseptinin prinsiplərinə sadiqlik nümayiş etdirməlidir. Yəni ölkənin təhlükəsizliyi məsələsilə xarici siyasət prioriteti  interaktiv prosses kimi daim konsolidasiya olunmalıdır. Beləliklə Azərbaycanın xarici siyasət strategiyası Avro-Atlantik strukturlara inteqrasiya fonunda unikal  balans siyasəti kompleks şəkildə butün bu parametrlərin nəzərə alaınması prossesidir.  Keçən iyrmi il ərzində uğurlu xarici siyasət strategiyası  məhz bu prioritetlərin nəzərə alıınması sayəsində  mümkün olmuşdur.                 

Xarici siyasətdə çoxvektorluluq Avro-Atlantik strukturlara inteqrasiya siyasəti unikal balans siytasətinin əsas determinantıdır. Lakin geosiyasi balansların sürətlə dəyişdiyi dünyada nə Avro-Atlantik strukturlara inteqrasiya siyasəti nə də unikal balans formulu geosiyasi təhlükəsizliyə maksimum səviyədıə  zəmanət verə bilməz. Avrasiyanın geosiyasi mənzərəsində baş vetrən prosseslər bir çox halda dövlətlərin iradəsindən kənarda baş verir. Bu konteksdə Azərbaycan həm regional həm də beynəlxalaq səviyyədə qüvvələrin pozitiv transformasiyasına  xüsusi önəm verməlidir. Diskruminasiyalardan,qarşıdurmalardan və rəqiblərin çoxaldılmasından kənarda qalmaqla daha çox regional siyasət və bu konteksdə beynəlxalq siyasət prioritet hesab olunmalıdır. Azərbaycanın xarici siyasət strategiyasının  mühüm aspekti onun bir qayda olaraq balans terminalogiyasını düzgün dərk etməsindən asılıdır. Xüsuisilə Rusiya faktorunu nəzərə almayan xarici siyasət təhlükəli hesab olunur. Rusiyanın əhəmiyyəti və onun regional prosseslərə təsir qabliyyəti göz önündə tutulduqda Rusiya Avropa münasibətlərində neytral mövqe nümayiş etdirməklə  bərabər yaxın qonşuluğun uzaq dostla  müqayisəsi dəqiq analiz olunmalıdır. Rusiya idarəolunan  guc deyildir. Lakin onu sabitləşdirmək üçün Azərbaycanın geosiyasi əhəmiyyəti düzgün qiymətləndirilməli və beynəlxalq sistemin şərtləri daiama izlənilməlidir. 

Beləliklə Azərbayacan Aİ münasibətləri qlobal geosiyasi proseslərin təsir aspektini nəzərə alamağı tələb edir. Yerləşdiyi region və əməkdaşlıq etdiyi instisional qurumları  olan Aİ kimi super təşkilati sistem və qlobal anarxiyanın mövcud olduğu indiki tarixi sürəci və s  dəyərləndirərkən yuxarıdakı analizlərin əhəmiyyəti anlaşılmaya bilməz. Aİ AZərbaycan münasibətlərinə sırf statistik faktları qeyd eytməklə deyil, yuxarıda verilmiş proseslərin təsiri fonunda ələ almaq geosiyasi təsəvvürlərin aydınlaşması üçün fövqəladə önəmli olmalıdır.

 

Politoloq Zamin Axundov

 

 

 

YUXARI