“Ayrılığın deyil, inteqrasiyanın və güc birliyinin hökm sürdüyü zəmində Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycanda yeni səyahətə çıxması və yeni komanda ilə işə başlaması mühüm və tarixi addımıdır”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Beynəlxalq Demokratlar Birliyinin (UID) Bakıda yerləşən Türk Ticarət Mərkəzində keçirilən iclasında çıxışı zamanı deyib.
“Beynəlxalq aləmdə üzləşdiyimiz türk düşmənçiliyi, o cümlədən irqçilik, müsəlmanlara, məzlumlara, qurbanlara qarşı ikili standartlar və ayrı-seçkiliklə mübarizədə yer alan Türkiyənin Avropadakı bu qurumu, şübhəsiz ki, Azərbaycanın qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma, güc, töhfə olacaq. Bu baxımdan UID-nin burada təşkilatlanmasını və yeni dövrə qədəm qoymasını Azərbaycan üçün dəyərli hesab edirik”, - deyə C.Bağçı bildirib. (azərtac)