ELM VƏ TƏHSİL22.7.2021 10:20

Bu gün üç mindən çox müəllim imtahan verir

998

İyulun 22-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu gün Azərbaycan dili və ədəbiyyat, həmçinin alman dili fənni üzrə imtahanlar keçirilir.

İmtahanlarda 3308 namizədin iştirakı gözlənilir.

YUXARI