CƏMİYYƏT17.5.2024 23:40

Bu, Bakı və İrəvan üçün tarixi fürsətdir - Almaniya

2405

Almaniyanın xarici işlər naziri Annalena Berbok ölkəsinin Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə Almaniya XİN-in X səhifəsində paylaşım edilib.

"Ermənistan və Azərbaycanın sülhə nail olmaq üçün tarixi fürsəti var. Annalena Berbok erməni həmkarı Ararat Mirzoyan ilə söhbətində Almaniyanın sülh prosesinə dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb. Dialoqun davam etdirilməsi indi son dərəcə vacibdir", - deyə bildirilib.

YUXARI