XƏBƏRLƏR25.5.2023 09:00

BTİ və Azərbaycan yeni telekommunikasiya əlaqəsinin yaradılmasında əməkdaşlıq edirlər - Baş katibin müavini

386

Beynəlxalq Telekommunikasiya İttifaqı və Azərbaycan yeni telekommunikasiya əlaqəsinin yaradılması üzərində işləyirlər.

Bunu Trend-ə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibinin müavini Tomas Lamanauskas deyib.

Onun sözlərinə görə, yeni telekommunikasiya əlaqəsinin yaradılması yeni infrastrukturun: adi telefon rabitəsi, internet və digər telekommunikasiya xidmətlərinin formalaşması baxımından vacibdir.

"BTİ və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu layihə üzrə danışıqlar aparır. Danışıqlar həmçinin mayın 16-17-də Bakıda keçirilən "GSMA M360 Eurasia 2023" konfransı ərəfəsində keçirilib. Layihələrimiz əsasən əlverişli mühitin yaradılmasına yönəlib, lakin bazarın inkişafı üçün tənzimləmə tələb olunacaq", - deyə o bildirib.

T.Lamanauskas qeyd edib ki, iki struktur eyni zamanda kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi üzərində işləyir və 5G-dən istifadə variantlarını nəzərdən keçirir.

"Bunlar kompleks işlərdir. Sevindirici haldır ki, burada, Azərbaycanda həm bu layihələrdə iştirak etmək istəyi, həm də nazirlik tərəfindən çox güclü baxış var. Biz həqiqətən əminik ki, bizdə təkcə infrastruktur yox, faydalı infrastruktur var. Operatorlar və dövlət qurumları istifadəçinin nəyə ehtiyacı olduğunu, hansı faydalı proqramların olduğunu bilirlər. Biz birlikdə yerli istehlakçılar üçün ən yaxşı məhsulları təklif edə bilərik", - deyə o əlavə edib.

YUXARI