İQTİSADİYYAT2.7.2022 10:30

Bolqarıstan Azərbaycan qazını tam həcmdə qəbul etməyə başlayıb

2602

Bolqarıstan iyulun 1-dən etibarən Azərbaycan qazını tam həcmdə qəbul etməyə başlayıb. Trend bu barədə Bolqarıstan KİV-lərinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, ildə bir milyard kubmetr qaz müqavilə çərçivəsində nəzərdə tutulduğu kimi Yunanıstan-Bolqarıstan interkonnektoru ilə deyil, Mea Mesimvriya müvəqqəti tədarük məntəqəsi vasitəsilə Bolqarıstana nəql olunacaq.

YUXARI