CƏMİYYƏT3.7.2022 15:33

BMTM-in sədri: Türkün səsi Şuşada bir daha eşidiləcək

1097

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Türkdilli dövlətlərin beyin mərkəzlərinin növbədənkənar toplantısındayıq. Bu gün biz Türkdilli ölkələrin üzləşdiyi problem və çağırışları, bu dövlətlərdə baş verən son hadisələri müzakirə edəcəyik.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin növbəti toplantısının bu ilin payızında Özbəkistanda keçirilməsi planlaşdırılır.

Bu toplantının Şuşada keçirilməsini əlamətdar hadisə adlandıran BMTM-in İdarə Heyətinin sədri deyib: “Türkün səsi Şuşada bir daha eşidiləcək”.

YUXARI