DÜNYA3.8.2022 23:26

BMT Yelenovka ilə bağlı araşdırmaya başladı

340

Yelenovka həbsxanasında baş verənlərlə bağlı BMT faktaraşdırıcı missiyaya başlayıb. Araşdırma ilə bağlı nəticələr gələcəkdə Rusiya və Ukrayna hökumətlərinə təhvil veriləcək.

Axar.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, Yelenovkada baş verənlərlə bağlı araşdırılmaya başlanılması üçün Rusiya və Ukrayna BMT-yə müraciət edib.

Qeyd edək ki, iyulun 29-da Yelenovka kəndində yerləşən istintaq təcridxanasına HİMARS reaktiv yaylım atəş sistemiylə zərbə endirilib.

YUXARI