KRİMİNAL28.10.2021 11:00

Binəqədidə yaşayış binasında yanğın

58

Bakı şəhərində yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 10 m² sahədə, dəhlizinin lambirindən ibarət tavanı 20 m² sahədə və dam örtüyü 2 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

YUXARI