ELM VƏ TƏHSİL14.10.2021 14:22

BDU: “Zəfər yolu” layihəsinin növbəti qonağı Vətən müharibəsi iştirakçısı Əli Əhmədli olub

1394

“Zəfər yolu” verilişinin on dördüncü buraxılışı təqdim olunub.

Bu barədə Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib. Bildirilib ki, layihənin on dördüncü verilişində Vətən müharibəsi iştirakçısı Əli Əhmədli keçdiyi döyüş yolundan bəhs edir.

Qeyd edək ki, BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris teleradio studiyası tərəfindən Vətən müharibəsinin ildönümünə həsr olunan “Zəfər yolu” layihəsi həyata keçirilir.

Layihə 8 noyabr - Zəfər Gününə qədər davam edəcək. Proqramlarda Vətən müharibəsi iştirakçıları döyüş əməliyyatları, əsgər və zabitlərimizin qəhrəmanlığı, düşmənin təslim olması və s. barədə danışırlar.

Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunur. Proqramın buraxılışları BDU TV-də yayımlanır. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.

YUXARI