DÜNYA27.10.2021 22:20

Baydenlə müzakirə mövzumuz bu olacaq - Ərdoğan

19

ABŞ Prezidenti ilə görüşümdə əsas müzakirə mövzusu F-35 təyyarələri olacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Görünən odur k, Romada və Qlazqoda gündəm dəyişib. Böyük ehtimalla görüşümüz Romada yox, Qlazqoda olacaq. Əlbəttə, ən vacib mövzu F-35-lə bağlı situasiya olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ Türkiyəyə Rusiyadan S-400 sistemlərini aldığı üçün F-35-ləri verməkdən imtina edib. Ankara F-35-in hazırlanması layihəsindən çıxarılıb. Üstəlik, ölkədə F-35 üçün istehsal olan detalların gələn ilin sonuna qədər başqa ölkədə təşkili nəzərdə tutulub. Bu isə Ankara üçün minlərlə iş yerinin bağlanması və iqtisadiyyata milyardlarla ziyan dəyməsi anlamına gəlir.

Türkiyə isə öz növbəsində Amerikadan F-35 üçün xərclədiyi 1,4 milyard dolların geri verilməsini tələb edir. Rəsmi Ankara həmçinin F-35-ləri almayacağı halda başqa versiyaları nəzərdən keçirəcəyini bildirib.

YUXARI