ELM VƏ TƏHSİL4.10.2022 11:30

Bakıda məktəbdə dava olub - Şagird döyüldü

2664

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

İdarədən verilən məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür.

XXX
Saat 09.31

Bakı şəhərində məktəblərin birində şagirdlər arasında dava yaranıb.

Trend-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Hadisənin Bakı şəhər 112 saylı məktəbdə baş verdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, yayılan görüntülərdən məlumatlıdırlar: Hazırda araşdırma aparılır.

YUXARI