XƏBƏRLƏR4.8.2022 17:20

Bakıda külək, rayonlarda yağış gözlənilir - Xəbərdarlıq

226

Bakıda və Abşeron yarımadasında avqustun 6-dan 9-u günüzədək şimal-qərb küləyinin 15-18 m/s, 06-07-də yarımadanın bəzi yerlərində arabir 20 m/s olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 6-8 avqustda əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında avqustun 5-i axşamdan 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi avqustun 6-8-də bəzi yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

YUXARI