GÜNDƏM2.10.2024 10:45

Bakıda “İtkin düşmüş şəxslərin probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi" mövzusunda beynəlxalq konfrans keçirilir

2153

Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Trend xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti ilə başlayıb. Müraciəti Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Mərkəzi Axtarış Agentliyinin rəhbəri Florans Anslemo, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev, Türkiuə Respublikası Ailə və sosial xidmətlər nazirinin müavini Zafer Tarıkdaroğlu və digər qonaqlar iştirak edir.

Qeyd edək ki, tədbir bu gün Bakıda sabah isə işğaldan azad edilmiş ərazilərdə davam edəcək.

YUXARI