XƏBƏRLƏR23.3.2023 21:21

Bakı bizə qarşı yeni ittiham elan edib – Paşinyan

459

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında Azərbaycana qarşı yenə ittihamlar səsləndirib.

Axar.az xəbər verir ki, bir tərəfdən sülh sazişi üzərində işlərin getdiyini və sülh müqaviləsinin yüksək səviyyədə imzalanacağına əminliyini bildirən Nikol, digər tərəfdən Azərbaycanı “eskalasiyaya çalışmaqda” suçlayıb.

Paşinyan buna “misal” kimi ötən gün döyüş mövqeyində erməni hərbçinin ölməsini misal göstərib. İddia edib ki, guya erməni hərbçi Azərbaycan snayperinin atəşi nəticəsində məhv edilib.

Halbuki Azərbaycan Müdafiə Nazirliyi bunu qəti şəkildə təkzib etmiş və insidenti erməni hərbçilər arasında nizamsızlığın daha bir sübutu adlandırmışdı. Xatırladaq ki, iki gün öncə Qaragöl istiqamətində yolu azaraq Azərbaycan tərəfə keçən erməni hərbçi haqda da Ermənistan MN açıqlama yaymış və onun Azərbaycan Ordusu tərəfindən əsir alındığını iddia etişdi. Azərbaycan MN isə bunu qəti şəkildə təkzib etdi. Qısa müddətdən sonra bəlli oldu ki, azaraq Azərbaycan ərazisinə keçən erməni hərbçi əsir-filan düşməyib, özü Ermənistan ərazisinə qayıdıb. Bu yalanının ifşa olunasından bir neçə saat sonra Ermənistan MN-in növbəti yalan yayması və Paşinyanın ordudakı özbaşınalığı ört-basdır etmək üçün bunu təkrarlaması təəccüblü deyil.

Paşinyan həmçinin rəsmi dövlət səviyyəsində Azərbaycanın “Qərbi Azərbaycan” terminindən istifadəsini də guya Azərbaycanın ərazi iddiası kimi təqdim etməyə çalışıb. Halbuki Azərbaycan ərazisində 10 min hərbçi saxlayan, Qarabağın işğalı siyasətindən əl çəkməyən və sərhədin delimitasiyası prosesinə başlamaq istəməyən Ermənistandır; Ermənistanın qonşularına torpaq iddiası konstitusiyasında əks olunub.

Nikol Paşinyan daha sonra deyib ki, Bakı Erənistana qarşı daha bir ittiham irəli sürür və Ermənistanın monoetnik ölkə olduğunu bildirir.

Buna Nikol Paşinyanın cavabı sözün hər mənasında “heyrətamizdir”. N.Paşinyan deyib ki, bu, hər şeydən əvvəl “Ermənistanın daxili işlərinə qarışmaqdır”.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərində ordu saxlayıb, separatçı qüvvələr bəsləyən, suveren ərazimizə silah-sursat daşıyan, işğala cəhd edən Paşinyanın Azərbaycanın bu ittihamını “daxili işlərə qarışmaq” adlandırmasından absurd heç nə ola bilməz.

Bunun ardınca isə Paşinyan Azərbaycanda “milli azlıqlara qarşı təzyiq” kimi cəfəng iddialar səsləndirib, erməni diasporunun maliyyəsi ilə 2-3 xainin xaricdə Azərbaycan əleyhinə kampaniyasına “əsaslanmağa” uğursuz cəhd edib.

YUXARI