CƏMİYYƏT27.7.2021 18:00

Bakı bəyannaməsi bölgəmizin təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək - Mustafa Şentop

105

Bu gün görüşün burada keçirilməsi çox sevindiricidir. İnanıram ki, bu formatda görüşlərin keçirilməsi üç qardaş ölkə arasında münasibətləri daha irəli aparacaq.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin Milli Məclisdə keçirilən üçtərəfli görüşündə deyib.

O qeyd edib ki, burada Bakı bəyannaməsi imzalanacaq: "Bu, bölgəmizin təhlükəsizliyi və əminamanlığının təmin edilməsinə öz töhfəsini verəcək. Üçtərəfli münasibətləri institutlaşdırmaq baxımından bu sənəd mühüm rol oynayır".

YUXARI