MƏDƏNİYYƏT2.7.2022 17:40

Azərbaycanlı tenor Latviyada festivalda çıxış edib

2860

Əməkdar artist, tanınmış tenor Azər Rzazadə Latviyanın Riqa və Yelqava şəhərlərində keçirilən opera festivalında uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, tenor Cüzeppe Verdinin “Aida”, Cakomo Puççininin “Toska” və Corc Bizenin “Karmen” operasından ariyaları məharətlə ifa edib. Onun çıxışı dinləyicilər tərəfindən maraqla qarşılanıb.

YUXARI