İQTİSADİYYAT11.9.2024 03:00

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi kəskin artıb

37095

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev ilə görüş keçirib. Görüşdə tərəflər iki dövlətin işgüzar dairələri arasında tərəfdaşlıq əlaqələrinin qurulmasının və regionlararası əməkdaşlığın inkişafının vacibliyini qeyd ediblər.

Tərəflər iki dövlət başçıları arasında isti, etimad münasibətlərinə əsaslanan ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafındakı müsbət dinamikanı alqışlayıblar.

2023-cü ilin yekunlarına görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 26,5 % artıb.

Özbəkistan ərazisində Azərbaycan kapitalının iştirakı ilə ticarət, maşınqayırma və metal emalı, energetika, zərgərlik məmulatlarının istehsalı, qida və yüngül sənaye sahələrində 230 müəssisə fəaliyyət göstərir.

YUXARI