GÜNDƏM7.12.2023 12:08

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək - SƏRƏNCAM

2096

Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

YUXARI