SAĞLAMLIQ18.9.2023 17:11

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANIB

2891

Azərbaycanda son 1 həftə ərzində (11-17 sentyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 142 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.

Azərbaycanda indiyədək ümumilikdə 832 580 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 131 nəfər müalicə olunaraq sağalıb, hazırda 147 aktiv xəstə var. Bu günə qədər 10 302 nəfər vəfat edib. Bildirilib ki,son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 012, bu günə qədər isə ümumilikdə 7 680 488 test icra olunub

YUXARI