SAĞLAMLIQ14.6.2021 19:12

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

229

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 322 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 247, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 775 641, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 811 104, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 964 537 təşkil edir.

YUXARI