MÜASİR İNKİŞAF BİRLİYİ21.2.2023 01:15

Azərbaycan Vətəndaş Hərəkatı

32974

Azərbaycan Vətəndaş Hərəkatının üzvləri

İdarə Heyətinin üzvləri

Hacı Həsənov - AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı
Azər Həsənsoy - Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının, Azərbaycan Uşu Federasiyasının və Azərbaycan MuayTay - Tay Boksinq Federasiyasının Prezidenti, Azərbaycanın Əməkdar Bədən tərbiyəsi və İdman xadimi
Aydın Allahverdiyev - Azərbaycan Respublikasının Əməkdar müəllimi, təhsil eksperti
Mübariz Ağalarlı - ADPU-nun dosenti, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru
Mübariz Göyüşlü (icraçı direktor) - Müasir İnkişaf Birliyinin sədri, Yeni Media Qrupun təsisçisi və baş redaktoru, AMEA-nın şöbə müdiri, siyasi şərhçi

Məclis üzvləri

Məhəmməd Soltanoğlu - AMEA Fəlsəfə və Sosiologiya İnstiutunun şöbə müdiri, fəlsəfə doktoru
Tofiq Nəcəfli - AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru
Anar Turan - Milli Fikir və İnkişaf Mərkəzinin sədri, newsmedia.az saytının baş redaktoru
Taleh Cəfərov - ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru
Ceyran Səttarova - Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri (Türkiyə)
Bəxtiyar Əhmədov - AME Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru
Bəxtiyar Həsənov - AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Asim Kazımlı - AVH-nin Maliyyə məsələləri üzrə koordinatoru
Fərman Salmanlı - hüquqşunas
Sahil Abbasov - Bakı şəhəri, 295 saylı orta məktəbin tarix müəllimi
Vüsal Hətəmov - şərqşünas
Elxan Əhmədov - idmançı, iş adamı
Bəşir Ələz - Qarabağ Qazisi
Müşviq İbişov - iqtisadçı 
Tural Abasquliyev - Bakı İstanbul Liseyinin direktoru
Nicat Göyüşov - Tovuz Peşə Liseyinin direktoru
Rəşad Sahil - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı
Qələndər Aslanov - Azərbaycan Tibb Universitetinin Təbib İdman Klubunun sədri
Anar Qarayev - ADPU-nun tələbəsi, AVH-nin İctimaiyyətlə əlaqələr üzrə koordinatoru
Anar Atakişiyev
Nicat Əliyev 

 

 

Azərbaycan Vətəndaş Hərəkatının yaradılması ilə bağlı ilk təşəbbüslər 2009 və 2010-cu il tarixlərində olub. Qurumun fəaliyyəti 2017-ci ildən aktivləşib. 14 aprel 2019-cu ildə Hərəkatın Təşəbbüs Qrupu yaradılıb.

11 yanvar 2020-ci ildə Hərəkat iki qeyri-hökumət təşkilatı və bir nəfər alim tərəfindən təsis edilib və Məclisin ilk toplantısı keçirilib, İdarə Heyəti üzvləri (Hacı Həsənov, Azər Həsənsoy, Mübariz Göyüşlü, Anar Turan, Vüsal Hətəmov, Aydın Allahverdiyev, Anar Nəsibov) seçilib. İdarə Heyətinin ilk iclasında İcraçı Direktor (Mübariz Göyüşlü) seçilib.

17 yanvar 2021-ci ildə Hərəkatın hesabat-seçki konfransı keçirilib. Hərəkatın bir illik fəaliyyəti ilə bağlı hazırlanmış Hesabatı Məclis üzvləri tərəfindən müsbət qiymətləndirilib. Konfransda Hərəkatın İdarə Heyətinə (Hacı Həsənov, Azər Həsənsoy, Mübariz Göyüşlü, Aydın Allahverdiyev, Ceyhun Bayramlı) və İcraçı Direktor (Mübariz Göyüşlü) vəzifəsinə seçkilər də keçirilib.

Hərəkatın 22 noyabr 2021-ci ildə keçirilən Məclisinin növbəti toplantısında İdarə Heyətinə seçkilər keçirilmiş (Hacı Həsənov, Azər Həsənsoy, Aydın Allahverdiyev, Mübariz Ağalarlı, Mübariz Göyüşlü), Əsasnamə dəyişikliyi edilmiş, Hərəkata yeni üzvlər qəbul edilmişdir. 

Hərəkatın məqsədi Azərbaycan vətəndaşlarının və xaricdə yaşayan soydaşlarının ictimai tərəqqiyə, dövlətçiliyin möhkəmlənməsinə, qanunun aliliyinin təmin edilməsinə yönəlmiş fəallığını dəstəkləmək, vətənpərvərlik hislərini gücləndirmək, cəmiyyətdəki çatışmazlıqlara vaxtında münasibət bildirmək - ictimai rəy formalaşdırmaq, Azərbaycan dövlətinin siyasətini təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri qorumaq, həmçinin vətəndaş cəmiyyətinin formalaşmasına və inkişafına nail olmaqdır.

Məqsədə nail olmaq üçün Hərəkat ümummilli məsələlərlə bağlı müxtəlif sorğular, müşahidələr və təhlillər aparmağı, mütəxəssislərin rəy və təkliflərini toplamağı, müvafiq məlumat bazası yaratmağı, Hərəkatın məqsəd və prinsiplərini dəstəkləyən fərd, qrup və təşkilatlarla ortaq mövqedən çıxış edərək birgə layihələr həyata keçirməyi, elmi-praktik konfranslar, simpoziumlar, forumlar, dəyirmi masalar təşkil etməyi, təkliflər hazırlayaraq müvafiq qurumlara təqdim etməyi, dövlətin və cəmiyyətin siyasi, sosial-iqtisadi mənafelərinin müdafiəsi naminə bəyanatlar verməyi öhdəsinə götürür. Məqsədə nail olmaq üçün Hərəkat ümummilli məsələlərlə bağlı müxtəlif sorğular, müşahidələr və təhlillər aparmağı, mütəxəssislərin rəy və təkliflərini toplamağı, müvafiq məlumat bazası yaratmağı, Hərəkatın məqsəd və prinsiplərini dəstəkləyən fərd, qrup və təşkilatlarla ortaq mövqedən çıxış edərək birgə layihələr həyata keçirməyi, elmi-praktik konfranslar, simpoziumlar, forumlar, dəyirmi masalar təşkil etməyi, təkliflər hazırlayaraq aidiyyatı qurumlara təqdim etmək vəzifəsini öhdəsinə götürür.

2 oktyabr 2019-cu il tarixdə Hərəkat üzvləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla (Türkiyə Prezidenti Ərdoğanın BMT-də Qarabağala bağlı çıxışına görə təşəkkür məktubu təqdim etmək üçün); 24 oktyabr 2019-cu ildə AMEA Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudovla (qarşılıqlı əməkdaşlıq üçün); 19 dekabr 2019-cu ildə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovla və üzvlərilə (təhsillə bağlı təkliflər paketini təqdim etmək üçün); 5 mart 2020-ci ildə Azərbaycan-Türkiyə İşadamları Birliyinin sədri Cemal Yanğınla (qarşlıqlı əməkdaşlıq üçün); 17 iyun 2020-ci il tarixdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla (qarşılıqlı əməkdaşlıq üçün); 12 mart 2021-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovla (tanışlıq və əməkdaşlıq üçün); 1 aprel 2021-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı (tanışlıq və əməkdaşlıq üçün) ilə görüşlər keçiriblər.Görülmüş digər işlər:

  1. 7 sentyabr 2017-ci il. Hərəkatın üzvü olan QHT-lər tərəfindən “Qida təhlükəsizliyi üzrə İşçi Qrupu” yaradılıb.
  2. 2 oktyabr 2017-ci il. 22 sentyabr tarixində bir qrup Türkiyə vətəndaşının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərinə qarşı Hərəkatın üzvü olan QHT-lərin təşəbbüsü ilə 14 ictimai birlik tərəfindən etiraz Bəyanatı qəbul edilib.
  3. 25 noyabr 2017-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup QHT təmsilçisinin, media nümayəndəsinin Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub.
  4. 17 fevral 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşəbbüsü və təşkilatçılığı ilə Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsinə 20 yanvar 2018-ci il tarixində başladılmış “Zeytun Budağı” hərəkatına dəstək Bəyanatı qəbul edilib.
  5. 15 sentyabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşəbbüsü ilə 15 sentyabr 1918-ci il tarixində Bakı şəhərinin erməni daşnak-rus bolşevik qüvvələrindən azad etməsinin 100-cü ildönümü münasibətilə Bəyanat qəbul edilib.
  6. 3 oktyabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə Türk Dövlətlərinin Birliyi Günü – Dünya Türklərinin Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
  7. 6 oktyabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə Qazax rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
  8. 9 noyabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı və Dialoq TV-nin informasiya dəstəyi ilə 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə günün birinci yarısında Yasamal parkında, günün ikinci yarısında isə Park Bulvarda flaşmob aksiya təşkil olunub.
  9. 6 dekabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə Azərbaycanda Atatürk Mərkəzində “Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda konfrans keçirilib.
  10. 18 dekabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı, ADPU-nun təşkilati dəstəyilə “Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib.
  11. 22 dekabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə Astara rayonunda Aprel şəhidi Pəncəli Teymurovun məzarı ziyarət olunub.
  12. 27 dekabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə ölkənin 30-a yaxın aparıcı QHT-ləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Bəyanat ünvanlayıblar.
  13. 26 yanvar 2019-cu il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə Qusar rayonunda Milli qəhrəman Çingiz Qurbanovun məzarı ziyarət olunub.
  14. 9 mart 2019-cu ildə Hərəkatın üzvləri olan QHT-lərin təşkilatçılığı ilə Gürcüstanın Tiflis şəhərində “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında ictimai təşkilatların rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
  15. 27 aprel 2019-cu ildə Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə "İslam qardaşlıq dinidir" mövzusunda konfrans keçirilib.
  16. 11 may 2019-cu il tarixdə Hərəkat üzvləri Ağstafa rayonu ərzisində, Azərbaycanla-Gürcüstan arasındakı Keşikçidağ dövlət tarixi mədəni qoruğuna yürüş ediblər.
  17. 4 iyun 2019-cu il tarixdə Hərəkatın qzvü olan QHT-lərin təşkilatçılığı ilə "Ölkədə həyata keçirilən islahatlar: çətinliklər və perspektivlər" mövzusunda konfrans keçirilib.
  18. 12-13 oktyabr 2019-cu ildə Hərəkat üzvləri Dağıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri ilə görüşüblər. Görüşdə Cəmiyyətin sədri Tacəddin Sultanov, İdarə Heyətinin sədri Muradxan Rabadanov, üzvləri - Dünya İqtisadiyyatı İnstitutunun rektoru Sevil Sadıqova, Dağıstanın sabiq iqtisadiyyat naziri Sergey Pepxayev, Dərbənd şəhərinin deputatı Süsən Mirzəxanova, Dərbənd şəhər admnistrasiyasının katibi Zümriyə Salehova, professor Gülçöhrə Seyidova, Dərbənd şəhər kollecinin direktoru Həmzəbəy Sadıqov, Dərbənd şəhərinin sabiq başçısı Hüseynbala Hüseynov iştirak ediblər. Hərəkat üzvləri eyni zamanda Dağıstan Dövlət Universitetinin Dərbənd filialında elmi katib Ramis Həşimovla da görüşüblər.
  19. 16 noyabr 2019-cu il tarixdə Hərəkat "Dərbənd" xeyriyyə ictimai birliyi ilə əməkdaşlıq haqqında Memorandum imzalayıb.
  20. 3 fevral 2020-ci il tarixdə Hərəkat 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı BƏYANAT vermişdir.
  21. 4 mart 2020-ci il tarixdə Hərəkat Suriyadakı son durum haqqında, Türkiyənin keçirdiyi "Bahar qalxanı" əməliyyatına dəstək olaraq BƏYANAT vermişdir.
  22. 18 iyun 2020-ci il tarixdə Hərəkat 15 iyun 2020-ci ildə axşam saatlarında Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə sərhədinin Dağıstanın Qullar qəsəbəsi ərazisinə düşən hissəsində Azərbaycan vətəndaşları ilə yerli polis və güc strukturları arasında baş vermiş xoşagəlməz insidentlə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın rəhbərliyinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə Müraciət eqəbul etmişdir.
  23. 24 iyun 2020-ci ildə Hərəkatın təşkilatçılığı ilə "Ordumuz qürurumuzdur" başlıqlı onlayn formatda beynəlxalq videokonfrans keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Ukrayna, Gürcüstandan da ehtiyatda olan azərbaycanlı hərbiçilər, alimlər, jurnalistlər, ictimai xadimlər, diaspor təşkilatı rəhbərləri, gənc fəallar və digər şəxslər iştirak etmişlər. Tədbirdə AVH İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov; tarix elmləri doktoru, hərb tarixinin araşdırıcısı Mehman Süleymanov; ADPU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov; Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, istefada olan polkovnik Əzizağa Qənizadə; ABŞ-dan tarixçi-alim, Azrəbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş Saleh Kazımov; Heydər Əliyev adına Ali Hərbi Məktəbin müəllimi, ehtiyatda olan polkovnik-leytenant Vüqar Əliyev; Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Əfqan Vəliyev; Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı; Qarabağ Qazisi Ədalət Məhərrəmov; Azərbaycan Hərb Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Gülşən Hüseynova; Milli QHT Forumunun prezidenti Rauf Zeyni; Ukraynanın Krivoy-Roq şəhərindəki Azərbaycan disapor təşkilatının sədri Kəmaləddin Ağayev, Qazi İslam Əzimov, AVH-nin İdarə Heyətinin üzvləri Aydın Allahverdiyev, Mübariz Göyüşlü, Vüsal Hətəmov, Məclis üzvü Ceyhun Bayramlı, Qarabağ Qazisi, ehtiyatda olan zabit, Tarix Araşdırmaları Qurumunun həmtəsisçisi Bəşir Əliz, ekoloq-yazar Vüsal İbrahimli, AVH təmsilçiləri Asim Kazımlı, Anar Atakişiyev və başqaları mövzuyla bağlı çıxışlar etmiş, maraqlı təkliflər səsləndirmişlər. Sonda konfrans iştirakçıları bu cür tədbirlərin müntəzəm keçirilməsinin, Orduya ictimai dəstəyin gücləndirilməsinin vacibliyini bir daha vurğulamışlar.
  24. 18 iyul 2020-ci ildə Hərəkatın təşkilatçılığı ilə "Mövcud ictimai-siyasi vəziyyətdə vətəndaş cəmiyyətinin vəzifəsi" mövzusunda onlayn beynəlxalq konfrans keçirib. Toplantıya Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Gürcüstan, Macarıstan, Almaniya, Ukrayna kimi ölkələrdən də alimlər, ictimai xadimlər, müəllimlər, jurnalistlər, araşdırmaçılar, gənclər, idmançılar və digər şəxslər qatılıb. Tədbirdə AVH-nin İdarə Heyətinin üzvü Mübariz Göyüşlü; AVH-in İdarə Heyətinin üzvü, əməkdar idman ustası Azər Həsənsoy; Türkiyənin İstanbul Üsküdar Universitetinin professoru, sosioloq Əbülfəz Süleymanlı; tanınmış təhsil eksperti, Əməkdar müəllim Almaz Həsrət; ABŞ-ın Texas Universitetinin doktorantı Hüseyn Abdulla; Türkiyənin Kocaeli Türk Ocaqlarının başqanı Yücel Alpay Demir; fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli; Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Əfqan Vəliyev; AVH İdarə Heyətinin üzvü, tarixçi alim Hacı Həsənov; Ukraynanın Krivoy Roq şəhərindəki Azərbaycan diaspor təşkilatının sədri Kəmaləddin Ağayev; Bakı şəhəri 126 saylı orta məktəbin tarix müəllimi, "Tərəqqi" medalı mükafatçısı Şirincan Məmmədli; "Birlik" jurnalının baş redaktoru İlqar İlkin; Gürcüstandan tədbirə qoşulan "Uğur" jurnalının baş redaktoru, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin təmsilçisi Hacı Bəkiroğlu; Macarıstandan tədbirə qoşulan edumap.az saytının baş redaktoru Rasim Abdurahmanov; AVH-nin Məclis üzvü, tarixçi alim Taleh Cəfərov; Almaniyadan toplantıya qatılan Səddam Türksoy; AVH İdarə Heyətinin üzvü, araşdırmaçı-jurnalist Anar Turan; AVH İdarə Heyətinin üzvü, təhsil eksperti Aydın Allahverdiyev; AVH İdarə Heyətinin üzvü, şərqşünas-politoloq Vüsal Hətəmov; AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, gənc alim Emin Bağırov; AVH-nin Məclis üzvü, hüquqşunas Fərman Salmanlı; AVH-nin Məclis üzvləri Bəşir Ələz, Asim Kazımlı, ekoloq-jurnalist Vüsal İbrahimli çıxış ediblər.
  25. 31 iyul 2020-ci ildə Hərəkat Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistanın təcavüzü nəticəsində yaşanan hərbi gərginliklə bağlı İran İslam Respublikasının birmənalı mövqe göstərməsini, Azərbaycanı dəstəkləməsini tələb edən Bəyanat qəbul etmişdir.
  26. 24 oktyabr 2020-ci il tarixdə Hərəkat 27 sentyabr 2020-ci ildə başlayan, 44 gün davam edən II Qarabağ müharibəsi ilə bağlı Orduya və Ali Baş Komandana dəstək bəyanatı vermişdir.
  27. 6 dekabr 2020-ci ildə Hərəkat Kəlbəcər rayonundakı Xudavəng monastırında erməni keşişlərinin törəydiyi təxribatla bağlı Bəyanat qəbul etmişdir.
  28. 20 dekabr 2020-ci ildə Azərbaycan Vətəndaş Hərəkatı (AVH) “Azərbaycan diasporunun bu günü və sabahı” mövzusunda zoom proqramı üzərindən onlayn beynəlxalq konfrans keçirib. AVH İdarə Heyətinin üzvü Azər Həsənsoy; AVH İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü; Ukrayna Azərbaycanlıları Radasının Dnepr təşkilatının sədri Eldar Tağıyev; QALA Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov; Türkiyədə Çağdaş Azərbaycan Dərnəyinin sədr müavini Mürtəza Karaçanta; Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Mərkəzinin sədr müavini Ceyran Səttarova; Qazaxıstanın Nursultan şəhərindən tələbələr Raya Salahlı və Nihal Kərəmova; ABŞ-da fəaliyyət göstərən Azərbaycan Birliyi təşkilatının prezidenti Fərhad Ələkbərzadə; ABŞ-da San-Fransisko şəhərində yaşayan Saleh Kazımov; Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli; Türkiyədə yaşayan jurnalist Oktay Hacımusalı; Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi ictimai birliyinin sədri Fuad Hüseynzadə; Rusiyada, Moskva vilayətində fəaliyyət göstərən Nicat İlyas; Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov; Polşadakı Azərbaycan diasporunun rəhbərlərindən olan Saleh Sabili; Ukraynanın Krivoy-Roq şəhərindəki Azərbaycan diaspor rəhbəri Kəmaləddin Ağayev; AMEA-nın əməkdaşı Pərviz Qasımov; AVH-nin Məclis üzvü, tarixçi alim Taleh Cəfərov; Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı İlqar Məcidli; AVH-nin İdarə Heyətinin üzvü, tarixçi alim Hacı Həsənov; Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Mərkəzinin üzvü, Kanal B-nin “Sizə salam gətirmişəm” proqramının rejissoru və aparıcısı Sevil Çakar; Mərkəzin baş katibi Yusif Sadıqov; Mərkəzin üzvü, sənətçi Vüsalə Alıçı; Türkiyədən tələbələr Sürəyya Qasimi, Əli Həmzəzadə; Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin sədri Musa Hacıyev; AVH-nin İdarə Heyətinin üzvü Aydın Allahverdiyev; Məclis üzvləri Fərman Salmanlı, Elçin Xalidbəyli, Ceyhun Bayramlı, Azər Sərxanoğlu, Asim Kazımlı, Türkiyənin Sakarya Universitetinin doktorantı Allahverdi Mehdiyev; İstanbuldan Adil Hüseynov; Polşanın Varşava şəhərindən Kamal Babayev iştrak və çıxış ediblər. Yekunda bu cür tədbirlərin davamlı olaraq keçirilməsi, müxtəlif problemlərin və məsələlərin müntəzəm şəkildə müzakirəyə çıxarılması, gələcəkdə fəaliyyətlərin koordinasiyasının həyata keçirilməsi qərarlaşdırılıb.

  1. 03 mart 2021-ci ildə Hərəkat Ermənistandan Xankəndinə qeyri-qanuni və gizlin yollarla hərbiçilər göndərilməsini pisləyən Bəyanat yayıb.
  2. 26 may 2021-ci ildə Hərəkat Ortaq Türk Ədəbi Dili və Ortaq Türk Əlifbası mövzusunda Türk dövlətlərinin dövlət idarəetməsi, siyasi, ictimai, elmi, mədəniyyət və s. sahələr üzrə tanınmış şəxslərinə Müraciət ünvanlamışdır. 
  3. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan Vətəndaş Hərəkatı (AVH) 4 iyun 2021-ci ildə “Milli kimlik və din” mövzusunda onlayn konfrans keçirib. Konfransda Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Mübariz Göyüşlü, AVH İdarə Heyətinin üzvü, tarixçi alim, dosent Hacı Həsənov (“XIX əsrdə çar Rusiyasının Şimali Azərbaycanda dini siyasətinin tarixindən (Alban kilsəsinin müstəqilliyinin ləğvi)” məruzə); Aİİ-nin rektoru, ilahiyyatçı alim Aqil Şirinov (“İctimai vəhdətin formalaşmasında dinin rolu” məruzə); AVH-nin Məclis üzvü, tarixçi alim, dosent Mübariz Ağalarlı (“Azərbaycanda dini dəyərlər tarixi kontekstdə” məruzə); Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Həziyev; Aİİ-nin kafedra müdiri, dosent Anar Qafarov (“Milli-ideoloji təhlükəsizlikdə din amili" məruzə); ABŞ-dan dinlər tarixi üzrə mütəxəssis Saleh Kazımov, Türkiyədən Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik Təşkilatının sədri Ceyran Səttarova; AVH-nin İdarə Heyətinin üzvü, təhsil eksperti Aydın Allahverdiyev; AVH-nin İdarə Heyətinin üzvü, iqtisadçı Azər Həsənsoy çıxış ediblər. Tədbirin sonunda bu cür tədbirlərin davamlı şəkildə keçirilməsi, ortaq layihələri, araşdırmalar gerçəkləşdirilməsi qərarlaşdırıldı.

  4. Hərəkat 15 iyul 2021-ci ildə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanından irəli gələn məsələlərlə bağlı müzakirə keçirib. Onlayn formatda keçirilən müzakirədə Azərbaycanda yeni iqtisadi rayonların – Şərqi Zəngəzur və Qarabağın yaradılması ilə bağlı məsələlər barədə danışılıb. Müzakirədə AVH-nin İcraçı direktoru Mübariz Göyüşlü, AMEA Tarix İnstitutunun İcraçı direktoru, tarixçi alim Cəbi Bəhramov, AVH-nin İdarə Heyətinin üzvü, təhsil eksperti Aydın Allahverdiyev, Antalya Azərbaycan Kültür və Həmrəylik Təşkilatının sədri Ceyran Səttarova, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatının sədri Fuad Hüseynzadə, AVH-nin Məclis üzvü, tarixçi alim Taleh Cəfərov çıxış ediblər. Sonda Azərbaycan Vətəndaş Hərəkatının bu cür diskussiyaları davamlı şəkildə keçirməsi qərarlaşdırıldı.

           

      33. Hərəkat 27 sentyabr 2021-ci ildə Anım gününə həsr olunmuş “Qarabağ zəfərinə aparan yol” adlı tədbir keçirib. Tədbirə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə, AVH-nin İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü, AMEA Tarix İnstitutunun icraçı direktoru, professor Cəbi Bəhramov, AMEA Tarix İnstututunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət mükafatı laureatı Güntəkin Nəcəfli, AVH Məclisinin üzvü, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı, AVH İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunun şöbə müdiri, Dövlət mükafatı laureatı Hacı Həsənov, AVH-nin İdarə Heyətinin üzvü, təhsil eksperti Aydın Allahverdiyev, Sumqayıt Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Yusifəli Həsənov çıxışçı, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Qafarova, AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Soltanoğlu, AMEA Tarix İnstitutunun elmi işçiləri Ruqiyyə Talıbova, Dinarə Babayeva, o cümlədən ADPU-nun tarixçi tələbəsi Anar Salehov və digər gənclər iştirakçı kimi qatılıblar.

          

34. Hərəkat 7 oktyabr 2021-ci ildə "Nizami Gəncəvi və ümumbəşəri dəyərlər" mövzusunda beynəlxalq elmi konfrans keçirib. AVH-nin İdarə Heyətinin üzvü Mübariz Göyüşlü, Millət vəkili Jalə Əhmədova, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, ADPU-nun prorektoru, filologiya elmləri doktoru Mahirə Nağıqızı, AVH-nin Məclis üzvü, AMEA Tarix İnstitutunun əməkdaşı, ADPU-nun dosenti Mübariz Ağalarlı (“Nizami Gəncəvinin əsərlərində Azərbaycan tarixi məsələləri”), Norveçdən Ragnhild Thori və Can diaspor təşkilatının sədri Şervin Necefpur ("Nizami Gəncəvi əsərlərində tolerantlıq"), AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva (“Nizami Gəncəvinin nəsil şəcərəsi”), Türkiyədən Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin başqanı Ceyran Səttarova (“Ümumbəşəri mahiyyət daşıyan sənətkar Nizami Gəncəvi"), Almaniyadan Nürnberg Türk Tarixi və Mədəniyyətləri Muzeyinin müdiri Cemalettin Özdemir (“Almanyada Azerbaycan tarixi ve kültürünü tanıtım bağlamında Nizami Gəncəviyi də tanıtmaq”), AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova (“Nizami Gəncəvi "Məxzənül-əsrar" məsnəvisində şair özü, müasirləri, sənəti və görüşləri haqqında"), Türkiyədən Üsküdar Universitetinin professoru Əbülfəz Süleymanlı, Şimail Kipr Türk Cümhuriyyətindəki Girne Amerikan Üniversitetinin müəllimi Orxan Həsənoğlu, QALA Yunanıstan Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov, Bakı şəhəri 221 saylı məktəbin müəllimi Lalə Məmmədli (“Ümumtəhsil  məktəblərində Nizami Gəncəvi irsindən istifadə işinin sistemi”) iştirak və çıxış ediblər. Azərbaycanla yanaşı müxtəlif ölkələrdən tədbirə qatılan alimlər, araşdırmaçılar, ictimai-siyasi xadimlər, media təmsilçiləri, qadınlar və gənclər dahi Azərbaycan mütəfəkkiri haqqında maraqlı çıxışlar ediblər. Xüsusilə də məruzəçilərin Nizami Gəncəvi haqqında fikirləri böyük maraqla qarşılanıb. Çıxışlarda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan, dahi müətfəkkirin həyat və yaradıcılığından, ona və əsərlərinə olan maraqdan, aparılan araşdırma və təhlillərdən, Nizami irsinin dünyaya tanıtdırılmasından, şairin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verdiyi töhfələrdən ətraflı bəhs olunub. Azərbaycan Vətəndaş Hərəkatının keçirdiyi beynəlxalq konfransın da “Nizami Gəncəvi İli”nə töhfə olduğu toplantıda vurğulanmış və gələcəkdə də ziyalıların bu cür tədbirləri davam etdirməsi qərarlaşdırılmışdır. 

35. Hərəkatın təşkilati dəstəyi, “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə 15 oktyabr 2021-ci il - 30 yanvar 2022-ci il tarixlərində “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” adlı layihə icra edilib. Layihə çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunda, ADPU-da, ADPU-nun Quba filialında, Pişəvəri adına Gimnaziyada milli-mənəvi dəyərlərimiz, milli kimliyimiz, vətənpərvərlik məsələsi və s. istiqamətdə tədbirlər keçirilmişdir. Layihənin yekununda "Azərbaycanda mənəvi dəyərlər" adlı kitab hazırlanmışdır.

36. Hərəkatın 22 noyabr 2021-ci ildə Məclisinin toplantısı keçirilib. Toplantıda Gündəliyə uyğun olaraq ilk növbədə təşkilati məsələlər müzakirəyə çıxarılıb. Məclis üzvlərinin səsverməsi nəticəsində Antalya-Azərbaycan Kültür və Dayanlışma Dərnəyinin sədri Ceyran Səttarova, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Qarabağ qazisi, AMEA Birləşmiş Veteranlar Şurasının sədr müavini Bəxtiyar Əhmədov, ADPU-nun tələbəsi Anar Qarayev Hərəkata üzv qəbul ediliblər. Daha sonra Hərəkatın İdarə Heyətinə üzvlük üçün səsvermə keçirilib. Hərəkatın Məclis üzvü, ADPU-nun dosenti, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi Mübariz Ağalarlı AVH-nin İdarə Heyətinin üzvü seçilib. Gündəliyə uyğun olaraq AVH Əsasnaməsinə edilmiş dəyişiklik və düzəlişlərin Məclisdə təsdiqi səsverməyə çıxarılıb və qəbul edilib. Sonda Hərəkat üzvləri Cari məsələlər bölümünə uyğun olaraq müzakirələr aparıb müvafiq qərarlar qəbul ediblər.

37. 13 yanvar 2022-ci ildə Hərəkat 2 yanvardan etibarən Qazaxıstanda baş verən etirazlar, bunun nəticəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkəyə hərbi müdaxiləsi mövzusunda müzakirə keçirib. Diskussiyanın moderatoru Azərbaycan Vətəndaş Hərəkatının İcraçı direktoru, siyasi şərhçi Mübariz Göyüşlü, politoloq Natiq Miri, Tarix üzrə fəlsəfə doktoru İlqar Abdullayev, Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, tarixçi alim Hacı Həsənov, AVH-nin Məclis üzvü, t.ü.f.d. Taleh Cəfərov, AVH-nin İdarə Heyətinin üzvü Azər Həsənsoy, AVH-nin İdarə Heyətinin üzvü Aydın Allahverdiyev çıxış ediblər. Tədbirin sonunda Azərbaycan Vətəndaş Hərəkatının Qazaxıstanda baş verənlərlə bağlı Bəyanatı qəbul edilib. 

38. 25 fevral 2022-ci il tarixdə Hərəkat Rusiya Federasiyasının Ukrayna Respublikasına hərbi təcavüzü ilə bağlı dörd dildə (Azərbaycan, ukrayn, rus, ingilis) Bəyanat qəbul etmiş, bu hadisəni qətiyyətlə pisləmişdir. Bəyanat AVH-nin İdarə Heyətinin üzvləri - AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı Hacı Həsənov, icraçı direktor, Müasir İnkişaf Birliyinin sədri, Yeni Media Qrupun təsisçisi və baş redaktoru, AMEA-nın şöbə müdiri, siyasi şərhçi Mübariz Göyüşlü, ADPU-nun dosenti, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı tərəfindən Ukraynanın Azərbaycandakı Səfirliyinə təqdim edilmişdir. 

39. 16 aprel 2022-ci il tarixdə Hərəkat “Qarabağdakı mədəniyyət abidələrinə qarşı erməni soyqırımı” mövzusunda onlayn formatda konfrans keçirib. Tədbirdə AVH-nin İcraçı direktoru Mübariz Göyüşlü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kafedra müdiri, tarix elmləri doktoru, professor Camal Mustafayev (“Şuşanın xanlıqlar dövrü abidələri və erməni vandalizmi” mövzusunda), AMEA A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Tofiq Nəcəfli (“Füzuli rayonunun soyqırıma məruz qalmış tarixi mədəniyyət abidələri haqqında” mövzusunda), AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev (“Qarabağın maddi və mənəvi mədəniyyətinə qarşı erməni qəsdlərinin tarixindən” mövzusunda), Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi Birliyinin sədri Fuad Hüseynzadə (“Erməni vandalizmi beynəlxalq mediada” mövzusunda), AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bölmə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev (“İşğal dövründə "tədqiqat" adı ilə Azərbaycan mədəniyyətinə vurulan zərbə” mövzusunda), Memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı (“Azərbaycanda regional memarlıq məktəbləri və onlara erməni münasibəti” mövzusunda), AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov (“İşğaldan azad olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinə vurulan zərərlərin beynəlxalq ictimaiyyətə çatdırılması” mövzusunda), AVH-nin Məclis üzvü, AMEA Fəlsəfə və Sosiologiya İnstiutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov (“Milli mənəvi dəyırlərin qorunmasında tarixi yaddaş problemi” mövzusunda), AMEA A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Güntəkin Nəcəfli (“Qarabağ: tarixi adlara və abidələrə qarşı erməni vandalizmi” mövzusunda), AVH-nin İdarə Heyətinin üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı (“Dünya mədəni irsinin qorunmasının beynəlxalq hüquqi əsasları və Qarabağ abidələrinə qarşı soyqırım siyasəti” mövzusunda), AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov (“Azıx mağarasında ermənilərin apardığı qeyri-qanuni qazıntıların nəticələrinə dair” mövzusunda), AVH-nin Məclis üzvü, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov (“Qarabağda dini-tarixi abidələr” mövzusunda), Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, sosioloq Əfqan Vəliyev, Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət Mükafatı Laureatı Hacı Həsənov çıxış ediblər. 

40. 15 iyul 2022-ci il tarixdə Hərəkat Qarabağ Qazilərinin intiharı, bu situasiyadan istifadə etmək istəyən xarici və daxili düşmənlərin mövcudluğu, məmurların səhlənkarlığı ucbatından yaranan gərgin durum, xalqı ayıq-sayıq olmağa səsləyən çağırışlardan ibarət Bəyanat qəbul edib.

41. 26 noyabr 2022-ci il tarixdə Hərəkatın (AVH) təşkilatçılığı ilə “Ümumtürk mədəniyyətinin inkişafında Şuşa şəhərinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, dosent Hacı Həsənov, Millət vəkili Ceyhun Məmmədov, Millət vəkili Vüqar Bayramov, Millət vəkili Jalə Əhmədova, Azərbaycan Vətəndaş Hərəkatının İcraçı direktoru, Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü, Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, dosent, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru Əhməd Niyazov, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatının sədri Fuad Hüseynzadə, ADNSU-nun professoru, tarix elmləri doktoru, professor Camal Mustafayev, Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı, Türkiyənin Kastamonu Universitetindən prof.dr. Namiq Musalı, Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov, Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov, Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, ADPU-nun Ümumi tarix kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmiişçisi, fəlsəfə üzrə fəlsəf doktoru, dosent Faiq Ələkbərli, Albaniya Azərbaycan Dostluq, Elm və Mədəniyyət Dərnəyinin rəhbəri, Türkiyə tarixi üzrə araşdırmaçı, doktor Entela Muço, Estoniyada fəaliyyət göstərən "Karyera" Təhsil Akademiyasının rəhbəri Sənəm Əli, Azərbaycan Vətəndaş Hərəkatının İctimaiyyətlə əlaqələr üzrə kordinatoru Anar Salehoğlu, Professor, Rusiyanın Məhkəmə Tikinti və Texniki Ekspertiza İnstitutu, texniki elmlər doktoru, Türk Kültür Platformasının sədr müavini Rafail Qəribli, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta, Hollandiyadan Benilüks Azərbaycanlıları Konqresinin mətbuat katibi, türkoloq Gülnarə Əliyeva, Pakistanın Kəşmir Gənclər Forumunun icraçı direktoru, tanınmış jurnalist Zaman Bajva çıxış ediblər.Tədbirin sonunda məruzəçilərə və çıxışçılara sertifikarlar verilib, xatirə şəkli çəkilib, konfransın materiallarının çap olunacağı, gələcəkdə də bu kimi tədbirlərin davam etdiriləcəyi bildirilib.

 

 

HƏRƏKATın ƏSASNAMƏsi

Təsdiq edilib: 11 yanvar 2020-cu il

Tarix üzrə fəlsəfə doktoru                  

______________  Hacı Həsənov

“Müasir İnkişaf” İctimai Birliyinin sədri                                     

_____________  Mübariz Göyüşlü

"Milli  Dəyərələrin Tədqiqi Mərkəzi” İctimai Birliyinin sədri   

______________  Azər Həsənsoy

                                                    

1. Ümumi müddəalar

1.1. "Müasir İnkişaf" İctimai Birliyi, “Milli Dəyərələrin Tədqiqatları Mərkəzi” İctimai Birliyi, Hacı Nuru oğlu Həsənov (bundan sonra təsisçilər) Azərbaycan Vətəndaş Hərəkatını (bundan sonra Hərəkat) təsis edirlər.

1.2. Hərəkat Azərbaycan Respublikasının Qanunvericiliyi əsasında fəaliyyət göstərən və bu Əsasnamədə müəyyən olunmuş məqsəd və prinsipləri rəhbər tutan şəxslərin ümumi maraqlar əsasında yaranmış könüllü birliyidir.

1.3. Hərəkat öz fəaliyyətini bu Əsasnamədə göstərilən müddəalar əsasında qurur.

2. Hərəkatın məqsədi fəaliyyət istiqamətləri

2.1. Hərəkatın məqsədi Azərbaycan vətəndaşlarının və xaricdə yaşayan soydaşlarının ictimai tərəqqiyə, dövlətçiliyin möhkəmlənməsinə, qanunun aliliyinin təmin edilməsinə yönəlmiş fəallığını dəstəkləmək, vətənpərvərlik hislərini gücləndirmək, cəmiyyətdəki çatışmazlıqlara vaxtında münasibət bildirmək - ictimai rəy formalaşdırmaq, Azərbaycan dövlətinin siyasətini təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri qorumaq, həmçinin vətəndaş cəmiyyətinin formalaşmasına və inkişafına nail olmaqdır.

2.2. Məqsədə nail olmaq üçün Hərəkat ümummilli məsələlərlə bağlı müxtəlif sorğular, müşahidələr və təhlillər aparmağı, mütəxəssislərin rəy və təkliflərini toplamağı, müvafiq məlumat bazası yaratmağı, Hərəkatın məqsəd və prinsiplərini dəstəkləyən fərd, qrup və təşkilatlarla ortaq mövqedən çıxış edərək birgə layihələr həyata keçirməyi, elmi-praktik konfranslar, simpoziumlar, forumlar, dəyirmi masalar təşkil etməyi, təkliflər hazırlayaraq müvafiq qurumlara təqdim etməyi, dövlətin və cəmiyyətin siyasi, sosial-iqtisadi mənafelərinin müdafiəsi naminə bəyanatlar verməyi öhdəsinə götürür.

3. Hərəkatın strukturu və idarə olunması

3.1. Hərəkatın Ali seçkili orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Məclisdir. Məclisin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Məclis, üzvlərinin 50%+1 nəfər iştirak etdikdə səlahiyyətlidir.
3.1.1. Hərəkatın bütün üzvləri Məclisin təbii üzvləridir;
3.1.2. Məclisin çağırılma tarixi, yeri, gündəliyi barədə üzvlərə ən azı 7 iş günü öncədən məlumat verilməlidir;
3.1.3. Məclis:
- İdarə Heyətinin say tərkibini müəyyən edir, öz üzvləri arasından İdarə Heyətini seçir;
- Hərəkatın əsas fəaliyyət istiqamətlərini  təsdiq edir; 
- İdarə Heyətinin hesabatını dinləyir və qiymətləndirir.
3.1.4. Məclisin növbədənkənar toplantısı İdarə Heyətinin qərarı və ya Məclis üzvlərinin 1/3-nin tələbi ilə çağırılır.
3.2. Məclisin toplantıları arasındakı dövrdə Hərəkatın daimi idarəetmə orqanı İdarə Heyətidir.
3.2.1. İdarə Heyətinin üzvləri Məclisin üzvləri arasından 1 il müddətinə seçilir;
3.2.2. Təsisçilər və ya onların  Məclis üzvləri arasından təqdim etdiyi bir nəfər təmsilçi İdarə Heyətinin təbii üzvüdür;
3.2.3. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır;
3.2.4. İdarə Heyətinin iclaslarının keçirilmə vaxtı, yeri, gündəliyi barədə İH üzvlərinə ən azı 5 gün öncədən məlumat verilməlidir;
3.2.5. İdarə Heyətinin iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə keçirilə bilər;
3.2.6. İdarə Heyəti Məclis üzvlərini, Koordinatorları, rayon və bölgə nümayəndələrini, təsis etdiyi mərkəzlərin rəhbərlərini  öz iclaslarına məşvərətçi səslə dəvət edə bilər;
3.2.7. İdarə Heyətinin növbədənkənar toplantısı onun üzvlərinin üçdə birinin təşəbbüsü ilə çağırıla bilər; 
3.2.8. İdarə Heyəti:
- Hərəkatın fəaliyyət istiqamətləri, Məclisin çağırılması, üzvlərin təklifləri, cari fəaliyyəti ilə barədə qərarlar qəbul edir;
- üzvləri qəbul və ya azad edir;
- Hərəkatın dövri və gündəlik planlarını, üzvlük haqqının miqdarını təsdiq edir;
- rayon və bölgə üzrə nümayəndələrini, koordinatorları, mərkəz rəhbərlərini təyin və azad edir;
-  Hərəkat daxilində aidiyyatı qurumları yaradır və ləğv edir.
3.2.9. İdarə Heyətinin qərarları sadə səs çoxlugu ilə qəbul edilir. 
3.3. İdarə Heyətinin iclaslarına Sədr başçılıq edir.
3.3.1. İdarə Heyətinin sədri İH üzvləri tərəfindən üç ay müddətinə seçilir. 
3.3.2. Sədr iclasın təşkilinə, onun gündəliyinin formalaşdırılmasına, gündəlikdəki məsələlərin həlli ilə bağlı təkliflərin hazırlanmasına, sədrliyi dövründə Hərəkatın keçirdiyi tədbirlər barədə üzvləri məlumatlandırmağa məsuldur.
3.4. Hərəkatın cari fəaliyyətini İdarə Heyəti üzvləri arasından bir il müddətinə seçilən İcraçı Direktor həyata keçirir:
3.4.1. İcraçı direktor:
- İdarə Heyətinin qərarlarının icrasını həyata keçirir; 
- Kargüzarlıq işlərinin aparılmasını, media və digər qurumlarla əlaqələrin qurulmasını təmin edir;
- İdarə Heyətinin və Məclin iclaslarının protokollarını tərtib edir, İdarə Heyətində təsdiq olunmuş mətndə media və ictimaiyyət üçün məlumatlar hazırlayır və paylaşır;
- üzvlük haqlarının toplanmasına nəzarət edir və İdarə Heyətinin qərarı ilə Hərakatın fəaliyyəti üçün xərcləyir, bu barədə İdarə Heyətinin və Məclisin iclaslarında hesabat verir.
- İcraçı Direktor bu Əsasnamə ilə üzərinə qoyulmuş vəzifələri icra etmədikdə, İdarə Heyəti tərəfindən müddətdən əvvəl onun fəaliyyətinə xitam verilir.
3.4.2. İcraçı Direktor vəzifəsini icra edə bilmədikdə və ya etmədikdə növbəti dəfə seçilmir, yaxud İdarə Heyəti tərəfindən müddətdən əvvəl fəaliyyətinə xitam verilir.

4. Hərəkata üzvlük

 4.1. Hərəkatın məqsəd və prinsiplərini dəstəkləyən, bu Əsasnaməni qəbul edən, Hərəkatın işində fəal iştirak edən istənilən şəxs onun üzvü ola bilər.
4.2. Hərəkata yeni üzvlər üzvlərdən birinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən qəbul edilir.
4.3. Hərəkata üzvlük fərdidir.
4.4. Hərəkatın üzvü olan şəxslər maddi və hüquqi müstəqilliklərini saxlayırlar.
4.5. Hərakatın üzvü digər hərəkatların üzvü ola bilməz.
4.6. Hərəkat üzvü öz təşəbbüsü ilə, Hərəkatın Əsasnaməsinə, onun məqsəd və prinsiplərinə zidd fəaliyyət göstərdikdə, yaxud onun fəaliyyətinə davamlı dəstək vermədiykdə İdarə Heyətinin qərarı ilə üzvlükdən çıxarılır.

5. Hərəkat üzvlərinin hüquqları

5.1. Hərəkatın idarə edilməsində, İdarə Heyətinin iclaslarında məşvərətçi səslə iştirak etmək;
5.2. Hərəkatın imkanlarından istifadə etmək;
5.3. Hərəkatın fəaliyyəti və tədbirlər proqramı ilə bağlı İdarə Heyətindən məlumat almaq;
5.4. İdarə Heyətinə və Məclisə təkliflər vermək;
5.5. Hərəkatdan metodiki, hüquqi, məsləhət xarakterli və digər növ yardım almaq;
5.6. Hərəkatın seçkili orqanlarına seçmək və seçilmək;
5.7. Xəbərdarlıq etməklə istədiyi vaxt Hərəkatdan çıxmaq.
5.2. Hərəkatın üzvü, fəaliyyəti bu Əsasnaməyə və Hərəkatın prinsiplərinə zidd olmayan ictimai birliklərə, koalisiya, qrup və partiyalara üzv ola bilər.

6. Hərəkat üzvlərinin vəzifələri

6.1. İdarə Heyətinin və Məclisin qərarlarını yerinə yetirmək;
6.2. Fəaliyyətinin Hərəkata aid olan istiqaməti barədə İdarə Heyətinə və Məclisə hesabat vermək;
6.3. Məclisin və ya İdarə Heyətinin qərarı olmadan Hərəkatın fəaliyyətinə dair məlumatları yaymamaq;
6.4. Ehtiyac yarandığı halda Hərəkatın üzvlərinə məşvərətçi, metodiki, hüquqi və başqa bu kimi yardımlar etmək;
6.5. Hərəkatın nüfuzuna zərər vura biləcək fəaliyyətlə məşğul olmamaq;
6.6. Azərbaycan Respublikasının qanunlarına və bu Əsasnamənin müddəalarına riayət etmək.
6.7. İdarə Heyəti səlahiyyət vermədiyi halda Hərəkatı təmsil etmək, onun adından bəyanat vermək və çıxış etmək hüququ yoxdur.

7. Yekun müddəalar

7.1. Bu Əsasnamə təsisçilər tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.
7.2. Əsasnamənin əsli təsisçilərdə saxlanılır, tələb olunduqda digər üzvlərə surəti təqdim edilir.
7.3. Protokolların əsli İcraçı Direktorda saxlanılır, tələb olunduqda təsisçilərə və digər üzvlərə onun surəti təqdim edilir.
7.4. Hərəkat yalnız təsisçilərin yekdil qərarı və İdarə Heyətinin razılığı ilə ləğv edilə, məqsəd və vəzifələri dəyişdirilə bilər.

 

Azərbaycan Vətəndaş Hərəkatı
1 illik Hesabat (2020-ci il)

Azərbaycan Vətəndaş Hərəkatının (AVH) yaradılması ilə bağlı ilk təşəbbüslər 2009 və 2010-cu illərdə olub. Qurumun fəaliyyəti 2017-ci ildən aktivləşib. 2019-cu ildən isə təşkilatlanma prosesi daha sistemli xarakter alıb və 14 aprel 2019-cu ildə Hərəkatın Təşəbbüs Qrupu yaradılıb. Təşəbbüs Qrupunun bir neçə ay davam edən çalışmalarından sonra 11 yanvar 2020-ci ildə Hərəkat iki qeyri-hökumət təşkilatı və bir nəfər alim tərəfindən təsis edilib. Təsis olunduqdan sonra keçirilən Məclisin ilk toplantısında İdarə Heyəti (Hacı Həsənov, Azər Həsənsoy, Mübariz Göyüşlü, Anar Turan, Vüsal Hətəmov, Aydın Allahverdiyev, Anar Nəsibov), İdarə Heyətinin ilk iclasında İcraçı Direktor (Mübariz Göyüşlü) seçilib.

Vətənpərvər ziyalılar tərəfindən yaradılan, hazırda sıralarında 22 nəfər üzvü (təsis olunanda 12 nəfər idi), onlarla tərəfdarı birləşdirən Hərəkatın məqsədi Azərbaycan vətəndaşlarının ictimai tərəqqiyə, dövlətçiliyin möhkəmlənməsinə, qanunun aliliyinin təmin edilməsinə yönələn fəallığını dəstəkləmək, onu daha da artırmaq, Azərbaycan dövlətinin siyasətini təbliğ etmək, milli və ümumbəşəri dəyərləri qorumaq, həmçinin vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır. Təsisdən sonrakı bir illik fəaliyyəti dövründə Qarabağ probleminin həlli, milli-mənəvi dəyərlərin qorunması, ordu quruculuğu və Azərbaycan dövlətinin maraqları ilə bağlı olan digər məsələlər, o cümlədən dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasətin təbliği kimi mövzular Hərəkat üçün öncəlik təşkil edib.

Həm Təşəbbüs Qrupu olaraq, həm də təsisdən sonra, pandemiyaya qədərki dövrdə, Hərəkat üzvləri elmi-pedaqoji ictimaiyyətin tanınmış nümayəndələri, media təmsilçiləri, diplomatlar, iş adamları və s. ilə önəmli görüşlər keçirmiş, əməkdaşlıq barədə razılıq əldə etmişlər. Fəaliyyəti dövründə Hərəkat bir sıra tədbirlər, aksiyalar keçirmiş, ölkəmiz üçün əhəmiyyət daşıyan məsələlərlə bağlı bəyanatlar, müraciətlər qəbul etmişdir.

Hərəkat üzvlərinin 2019-cu ildə Rusiyanın Dərbənd şəhərinə səfəri, orada Azərbaycan-Dağıstan Dostluq Cəmiyyətinin üzvləri ilə keçirdiyi görüşlər, Bakıda Dərbənd Cəmiyyəti ilə imzaladığı əməkdaşlıq müqaviləsi, 2020-ci ildə Azərbaycanla-Gürcüstan sərhəddində yerləşən Keşikçidağ Dövlət Tarixi Memarlıq Qoruğuna (Ağstafa rayonuna) səfəri mühüm əhəmiyyətə malik olmaqla yanaşı, həm də ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.

Hərəkat 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərlə bağlı; 4 mart 2020-ci il tarixdə Suriyadakı vəziyyət, Türkiyə Cümhuriyyətinin "Bahar qalxanı" əməliyyatına dəstək; 18 iyun 2020-ci il tarixdə Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə sərhəddində baş vermiş insidentlə əlaqədar; 31 iyul 2020-ci ildə Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistanın təcavüzü nəticəsində yaşanan hərbi gərginliklə bağlı İran İslam Respublikasının birmənalı mövqe göstərməsini və haqlı olan Azərbaycanı dəstəkləməsini tələb edən; 24 oktyabr 2020-ci il tarixdə 27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsində Orduya və Ali Baş Komandana dəstəyi ifadə edən; 6 dekabr 2020-ci ildə Kəlbəcər rayonundakı Xudavəng monastırında erməni keşişlərinin təxribatı ilə bağlı Bəyanat və Müraciətlər qəbul etmiş, bunu mediada və sosial şəbəkələrdə paylaşmış, xarici və daxili auditoriyanın diqqətini bu mühüm məsələlərə cəlb etmişdir.

Hərəkatın 2020-ci ildə onlayn formatda keçirdiyi "Ordumuz qürurumuzdur!", "Mövcud ictimai-siyasi vəziyyətdə vətəndaş cəmiyyətinin vəzifəsi", “Azərbaycan diasporunun bu günü və sabahı” mövzusundakı yerli və beynəlxalq konfranslarda onlarla ölkədən alimlər, QHT və media təmsilçiləri, araşdırmaçılar, məmurlar, müəllimlər, politoloqlar, tələbələr, idmançılar və digər şəxslər qatılmışlar.

Qeyd olunan hər bir mövzu üzrə ciddi müzakirələr aparılmış, önəmli təkliflər sistemləşdirilmiş, bir qismindən cari fəaliyyət dövründə istifadə olunmuş, digərləri gələcək üçün arxivləşdirilmişdir. Bütün bu tədbirlər AVH-nin məqsəd və məramına, fəaliyyət istiqamətlərinə uyğun bir şəkildə həyata keçirilmiş, yerli və beynəlxalq mediada böyük maraq doğurmuşdur. Göstərdiyi aktiv fəaliyyət nəticəsində Hərəkatın sıraları genişlənməkdədir. Bunu Məclisin və İdarə Heyətinin müntəzəm şəkildə keçirilən toplantıları, qəbul etdiyi qərarlar və bu qərarların uğurlu şəkildə icrası da sübut edir.

Əsasən ziyalıların maraq və diqqət göstərdiyi Azərbaycan Vətəndaş Hərəkatı 3 istiqamətdə (Mədəniyyət, Diaspora, İqtisadiyyat) təşkilatlanma işlərini davam etdirir. Lakin 2020-ci ildə, növbədənkənar parlament seçkiləri, COVİD-19 pandemiyası və 44 günlük Vətən müharibəsi AVH-ni icrası nəzərdə tutulan bir sıra qərarları təxirə salmağa, onlayn istiqamətdə çalışmaları genişləndirməyə məcbur etdi. Buna baxmayaraq, ötən 2020-ci il ərzində Hərəkat tez-tez dəyişən şəraitə uyğun şəkildə fəaliyyətini davam etdirmiş, mümkün olanları həyata keçirmişdir. Ötən bir il ərzində Hərəkatın fəaliyyəti ilkin təşkilatlanma və özünü cəmiyyətə tanıtmaq istiqamətində qurulmuşdusa, qarşıdakı müddətdə AVH çalışmalarını daha da genişləndirməyi, müəyyən olunmuş istiqamətlərdə daha böyük nəticələr əldə etməyi planlaşdırır.

Qeyd: 1 illik Hesabat AVH-nin Məclisinin 17 yanvar 2021-ci il tarixli iclasında təsdiq edilmişdir.  

 

 

Azərbaycan Vətəndaş Hərəkatı
2 illik Hesabat (2020-2022-ci illər)

Azərbaycan Vətəndaş Hərəkatının (AVH) yaradılması ilə bağlı ilk təşəbbüslər 2009 və 2010-cu illərdə olub. Qurumun fəaliyyəti 2017-ci ildən aktivləşib. 2019-cu ildən isə təşkilatlanma prosesi daha sistemli xarakter alıb və 14 aprel 2019-cu ildə Hərəkatın Təşəbbüs Qrupu yaradılıb. Təşəbbüs Qrupunun bir neçə ay davam edən çalışmalarından sonra 11 yanvar 2020-ci ildə Hərəkat iki qeyri-hökumət təşkilatı və bir nəfər alim tərəfindən təsis edilib. Təsis olunduqdan sonra keçirilən Məclisin ilk toplantısında İdarə Heyəti, İdarə Heyətinin ilk iclasında İcraçı Direktor seçilib. 17 yanvar 2021-ci ildə Hərəkatın hesabat-seçki konfransı keçirilib. Hərəkatın bir illik fəaliyyəti ilə bağlı hazırlanmış Hesabat Məclis üzvləri tərəfindən müsbət qiymətləndirilib. Konfransda Hərəkatın İdarə Heyətinə və İcraçı Direktor vəzifəsinə seçkilər də keçirilib. Hərəkatın 22 noyabr 2021-ci ildə keçirilən Məclisinin növbəti toplantısında İdarə Heyətinə seçkilər keçirilmiş (Hacı Həsənov, Azər Həsənsoy, Aydın Allahverdiyev, Mübariz Ağalarlı, Mübariz Göyüşlü), Əsasnamə dəyişikliyi edilmiş, Hərəkata yeni üzvlər qəbul edilmişdir.

Vətənpərvər ziyalılar tərəfindən yaradılan, hazırda sıralarında 24 nəfər üzvü (təsis olunanda 12 nəfər idi), onlarla tərəfdarı birləşdirən Hərəkatın məqsədi Azərbaycan vətəndaşlarının və xaricdə yaşayan soydaşlarının ictimai tərəqqiyə, dövlətçiliyin möhkəmlənməsinə, qanunun aliliyinin təmin edilməsinə yönəlmiş fəallığını dəstəkləmək, vətənpərvərlik hislərini gücləndirmək, cəmiyyətdəki çatışmazlıqlara vaxtında münasibət bildirmək - ictimai rəy formalaşdırmaq, Azərbaycan dövlətinin siyasətini təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri qorumaq, həmçinin vətəndaş cəmiyyətinin formalaşmasına və inkişafına nail olmaqdır.

Təsisdən sonrakı iki illik fəaliyyəti dövründə Qarabağ probleminin həlli və həllindən sonrakı durumda dövlətə dəstək vermək, milli kimlik, milli-mənəvi, mədəni dəyərlərin qorunması və təbliği, diaspora və ordu quruculuğu, o cümlədən Azərbaycan dövlətinin maraqları ilə bağlı olan digər məsələlərdə, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasətin təbliği, Ortaq Türk Ədəbi Dili və Ortaq Türk Əlifbası kimi mövzular Hərəkat üçün öncəlik təşkil edib.

Hərəkat üzvləri ötən müddət ərzində ictimai-syasi, elmi-pedaqoji ictimaiyyətin tanınmış nümayəndələri, media təmsilçiləri, diplomatlar, iş adamları və s. ilə önəmli görüşlər keçirmiş, əməkdaşlıq barədə razılıq əldə etmişlər. İki illik fəaliyyəti dövründə Hərəkat bir sıra tədbirlər, aksiyalar keçirmiş, ölkəmiz üçün əhəmiyyət daşıyan məsələlərlə bağlı bəyanatlar, müraciətlər qəbul etmişdir.

Hərəkat üzvlərinin 2019-cu ildə Rusiyanın Dərbənd şəhərinə səfəri, orada Azərbaycan-Dağıstan Dostluq Cəmiyyətinin üzvləri ilə keçirdiyi görüşlər, Bakıda Dərbənd Cəmiyyəti ilə imzaladığı əməkdaşlıq müqaviləsi, 2020-ci ildə Azərbaycanla-Gürcüstan sərhəddində yerləşən Keşikçidağ Dövlət Tarixi Memarlıq Qoruğuna (Ağstafa rayonuna) səfəri mühüm əhəmiyyətə malik olmaqla yanaşı, həm də ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.

Hərəkat 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərlə bağlı; 4 mart 2020-ci il tarixdə Suriyadakı vəziyyət, Türkiyə Cümhuriyyətinin "Bahar qalxanı" əməliyyatına dəstək; 18 iyun 2020-ci il tarixdə Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə sərhəddində baş vermiş insidentlə əlaqədar; 31 iyul 2020-ci ildə Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistanın təcavüzü nəticəsində yaşanan hərbi gərginliklə bağlı İran İslam Respublikasının birmənalı mövqe göstərməsini və haqlı olan Azərbaycanı dəstəkləməsini tələb edən; 24 oktyabr 2020-ci il tarixdə 27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsində Orduya və Ali Baş Komandana dəstəyi ifadə edən; 6 dekabr 2020-ci ildə Kəlbəcər rayonundakı Xudavəng monastırında erməni keşişlərinin təxribatı; 03 mart 2021-ci ildə Ermənistandan Xankəndiyə qeyri-qanuni və gizlin yollarla hərbiçilər göndərilməsini pisləyən; 26 aprel 2021-ci ildə ABŞ-ın törətdiyi soyqırımların rəsmən tanınması; 03 may 2021-ci ildə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin rəsmi nümayəndə heyətinin şəhid general, Milli qəhrəman Polad Həşimovun ailəsini ziyarət etməsi və mərhumun ailəsinə “Qasım Süleymani ordeni”ni təqdim etməsi; 13 yanvar 2022-ci ildə Qazaxıstanda baş vermiş hadisələrlə bağlı bəyanatlar və müraciətlər qəbul etmiş, bunu mediada və sosial şəbəkələrdə paylaşmış, xarici və daxili auditoriyanın diqqətini bu mühüm məsələlərə cəlb etmişdir.

Hərəkatın onlayn formatda 2020-ci ildə keçirdiyi "Ordumuz qürurumuzdur!", "Mövcud ictimai-siyasi vəziyyətdə vətəndaş cəmiyyətinin vəzifəsi", “Azərbaycan diasporunun bu günü və sabahı”; 2021-ci ildə keçirdiyi “Milli kimlik və din”, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanından irəli gələn məsələlərlə bağlı, “Qarabağ zəfərinə aparan yol”, "Nizami Gəncəvi və ümumbəşəri dəyərlər" mövzusunda beynəlxalq elmi konfranslarda onlarla ölkədən alimlər, QHT və media təmsilçiləri, araşdırmaçılar, məmurlar, müəllimlər, politoloqlar, tələbələr, idmançılar və digər şəxslər qatılmışlar. Qeyd olunan hər bir mövzu üzrə ciddi müzakirələr aparılmış, önəmli təkliflər sistemləşdirilmiş, bir qismindən cari fəaliyyət dövründə istifadə olunmuş, digərləri gələcək üçün arxivləşdirilmişdir.

Bütün bu tədbirlər AVH-nin məqsəd və məramına, fəaliyyət istiqamətlərinə uyğun bir şəkildə həyata keçirilmiş, yerli və beynəlxalq mediada böyük maraq doğurmuşdur.

Hərəkatın təşkilati dəstəyi, “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə 15 oktyabr 2021-ci il - 30 yanvar 2022-ci il tarixlərində “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” adlı layihə icra edilib. Layihə çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunda, ADPU-da, ADPU-nun Quba filialında, Pişəvəri adına Gimnaziyada milli-mənəvi dəyərlərimiz, milli kimliyimiz, vətənpərvərlik məsələsi və s. istiqamətdə tədbirlər keçirilmişdir. Layihənin yekununda "Azərbaycanda milli-mənəvi dəyərlər" adlı kitab çap edilmişdir.

Göstərdiyi aktiv fəaliyyət nəticəsində Hərəkatın sıraları genişlənməkdədir. Bunu Məclisin və İdarə Heyətinin müntəzəm şəkildə keçirilən toplantıları, qəbul etdiyi qərarlar və bu qərarların uğurlu şəkildə icrası da sübut edir. Əsasən ziyalıların maraq və diqqət göstərdiyi Azərbaycan Vətəndaş Hərəkatı 3 istiqamətdə (Mədəniyyət, Diaspor, İqtisadiyyat) təşkilatlanma işlərini davam etdirir.

2020-ci ildə, növbədənkənar parlament seçkiləri, COVİD-19 pandemiyası və 44 günlük Vətən müharibəsi, 2021-ci ildə də pandemiyanın davam etməsi AVH-ni onlayn istiqamətdə çalışmağa məcbur etdi. Buna baxmayaraq, ötən 2020-ci və 2021-ci illər ərzində Hərəkat tez-tez dəyişən şəraitə uyğun şəkildə fəaliyyətini davam etdirmiş, mümkün olanları həyata keçirmişdir. Ötən iki il ərzində Hərəkatın fəaliyyəti təşkilatlanmanı davam etdirmək, təbliğ etdiyi fikirləri cəmiyyətə daha geniş şəkildə təqdim etmək, təşkilatı daha da gücləndirmək istiqamətində qurulmuşdu və bu hədəflərə çatdığını da qeyd etmək mümkündür.

Perspektivdə Hərəkat təşkilatlanma və maarifləndirmə işlərini genişləndirməyi, beynəlxalq və yerli konfranslar, layihələr icra etməyi planlaşdırmışdır. 

Qeyd: 2 illik Hesabat AVH-nin Məclisinin 12 fevral 2022-ci il tarixli iclasında təsdiq edilmişdir. 

YUXARI