XƏBƏRLƏR27.7.2021 16:13

Azərbaycan, Türkiyə və Pakistan parlament nümayəndə heyətlərinin üçtərəfli formatda görüşü keçirilir

10

İyulun 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament nümayəndə heyətlərinin üçtərəfli formatda birgə görüşü keçirilir.

Trend xəbər verir ki, görüşdə Bakı Bəyannaməsinin imzalanacağı gözlənilir.

Bəyannamə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsini, hər üç ölkənin siyasi münasibətlərinin daha da gücləndirilməsini və digər sahələri əhatə edəcək.

YUXARI