İQTİSADİYYAT3.11.2021 20:00

Azərbaycan növbəti onilliklərdə stabil neft hasilatı səviyyəsini saxlamaq niyyətindədir - Pərviz Şahbazov

6426

Azərbaycan növbəti onilliklərdə Xəzər regionundakı yeni neft layihələrinin işə salınması ilə stabil neft hasilatı səviyyəsini saxlamaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov "Bloomberg" agentliyinə müsahibəsində deyib.

Hasilatın artımının sürətləndirilməsi çağırışlarını şərh edən nazir bildirib ki, bu cür qərar iqtisadi səbəblərə və bazarın hərtərəfli araşdırılmasına əsaslanmalıdır.

P.Şahbazov qeyd edib ki, bir müddət əvvəl Avropada yüksək qaz qiymətlərinin neft məhsullarına tələbi artırdığı vaxtda hasilat artımı hər rübdə 300-400 min barel/sutkanı keçmir: "Biz tələbin kəskin artımını müşahidə etmirik, çünki elektrik enerjisi istehsalçıları hər zaman təbii qazın əvəzlənməsi üçün elektrik enerjisini seçmir. Onlar həm də nüvə enerjisi və kömürdən istifadə edir. Bizə neftin həddən artıq yüksək qiymətləri lazım deyil. Bəlkə də bu gün qiymətlər bir qədər yüksəkdir, amma gördüyünüz kimi, OPEC+ hər ay hasilatı artırır. Fikrimcə, bu, qiymətlərə təsir edəcək".

YUXARI