MƏDƏNİYYƏT3.8.2022 14:00

“Azərbaycan kinosunun tarixi” adlı məlumat hazırlanıb

501

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 nömrəli filialı Azərbaycan Kinosu Günü ilə əlaqədar “Azərbaycan kinosunun tarixi” adlı məlumat hazırlayıb. MKS-dan bildirilib ki, məlumatda Azərbaycan kinosunun yaranma tarixi və keçdiyi inkişaf yolu haqqında məlumat verilir.

Azərbaycanda kino sənəti bir əsrdən artıq dövr ərzində əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçib və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Ölkəmizdə onun yaranma tarixi XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı ilə sıx bağlıdır. Neftin sənaye üsulu ilə hasilatına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yaradıb .Bu gün sürətli şəkildə inkişaf edən və ən geniş yayılmış sənət növlərindən biri olan kino incəsənətin nisbətən gənc sahələrindən hesab edilir.

Kino öz təbiətinə görə yalnız incəsənət deyil, eyni zamanda həyat faktlarının və hadisələrinin tamamilə sənədləşdirmə vasitəsidir. Kino tarixi keçmişi öyrənmək üçün qiymətli mənbəyə çevrilir.

Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadə kinematoqrafiya ilə yaxından tanış olandan sonra deyib: “Kino musiqidir, kino teatrdır, kino ədəbiyyatdır, kino aləmdir...”

YUXARI