CƏMİYYƏT9.6.2023 14:48

Azərbaycan ilə Bosniya və Herseqovina arasında saziş təsdiqlənib

463

Milli Məclis Azərbaycan ilə Bosniya və Herseqovina arasında sazişi təsdiq edib.

Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd ssəverməyə qoyularaq qəbul edilib.

YUXARI