MƏDƏNİYYƏT3.8.2022 20:40

Azərbaycan Dillər Universitetində Çin karamel rəssamlığı sənəti mövzusunda mühazirə dinlənilib

632

“Çin: cəmiyyət və mədəniyyət” yay onlayn lektoriyası çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çin rəssamlığı sənəti” mövzusunda mühazirə oxuyub.

Bu barədə ADU-dan məlumat verilib. Bildirilib ki, Rafiq Abbasov mühazirəsində Min sülaləsi dövründə tanrılara xüsusi qurbankəsmə mərasimi kimi yaranan karamel rəsminin - “tanhua”nın tarixi, həmçinin Tanın sülaləsi böyük Sıçuan şairinin - Çen Tsyanın adı ilə bağlı karamel rəsmləri əfsanəsi barədə məlumat verib. O bildirib ki, həmin gündə Çinin ən ləzzətli şəkər rəsmləri - heykəlciklər Sıçuan əyalətində hazırlanır, hətta ənənəvi kölgə teatrında kağız kuklalarla yanaşı nümayiş olunurdu. Yeri gəlmişkən, “Tanhua” rəsm sənəti Çin hökuməti tərəfindən Qeyri-Maddi Çin Mədəni İrsi siyahısına salınıb.

R.Abbasov, həmçinin əsas materialı xüsusi qabda qızdırılan şəkər qamışı olan “tanhua” çəkmə texnikasının özünəməxsus xüsusiyyətlərini qeyd edib. Belə ki, ustalar ənənəvi mis qaşıqdan istifadə edərək, mərmər plitə üzərinə nazik bir axınla qaynar karamel tökərək, Çin mifologiyasına aid əjdahaların, fenikslərin, çiçəklərin, döyüşçülərin, hətta bütöv üçölçülü mənzərə rəsmlərinin və məşhur şəkərin çiçək səbətlərinin şirin və incə təsvirlərini yaradır.

Çıxışdan sonra trafaret üzərində fiqurlu krujeva şəbəkə şəklində karamelin çəkilməsi üzrə “tanhua” mövzusunda onlayn master-klas keçirilib.

YUXARI